Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əxbarnamə (fars. اخبارنامه‎) — Talış xanları Mir Mustafa və Mir Həsən xanların vəziri olmuş Mirzə Xudaverdinin oğlu Mirzə Əhməd Zərgər tərəfindən 1882–1883-cü i

Əxbarnamə

  • Ana Səhifə
  • Vikipediya
  • Əxbarnamə

Əxbarnamə (fars. اخبارنامه‎) — Talış xanları Mir Mustafa və Mir Həsən xanların vəziri olmuş Mirzə Xudaverdinin oğlu Mirzə Əhməd Zərgər tərəfindən 1882–1883-cü illərdə fars dilində qələmə alınmış kitab.

Əxbarnamə
fars. اخبارنامه‎
Kitabın 2009-cu il azərbaycanca nəşrinin üz qabığı
Kitabın 2009-cu il azərbaycanca nəşrinin üz qabığı
Müəllif Mirzə Əhməd Zərgər
Janr Tarix
Orijinalın dili Farsca
Ölkə Talış xanlığı
Orijinalın nəşr ili 1882-1883
Tərcüməçi 1955: Musa Ələsgərli
1975: Əli Hüseynzadə
Tiraj 1975: 120
2000: 650
Kitabın 2000-ci il kiril əlifbası ilə olan nəşrinin üz qabığı

Mündəricat

Məzmun

Əsərdə Talış xanlığının tarixində baş verən bir sıra dramatik hadisələr, o cümlədən Ağa Məhəmməd şah Qacarın Talış xanlığını özünə tabe etdirmək məqsədilə Talışa hücumu detalları ilə qeydə alınmışdır. Kitabda Lənkəran-Astara bölgəsinin ictimai-siyasi, iqtisadi və mədəni həyatı, eləcə də adət-ənənələri barədə məlumat verilməklə yanaşı bir çox mahal və kənd adları çəkilir ki, onların əksəriyyətinin adları indi dəyişdirilmiş, yaxud təhrif edilmişdir. "Əxbərnamə" əsərinin əksər hissəsi müəllifin atasından eşitdikləri və bir qismi isə özünün başına gələn əhvalat və müşahidələri əsasında yazılmışdır.

"Əxbarnamə"də əsas etibarilə 60 illik bir dövrdə (1740–1800) Talışda cərəyan edən ictimai-siyasi hadisələr şərh edilir. Əsər Talış xanlığının tarixini öyrənmək nöqtəyi nəzərindən qiymətli bir tarixi mənbədir.

Nəşri

"Əxbarnamə" 1955-ci ildə AzSSR EA Tarix İnstitutunun elmi işçisi Musa Ələsgərli tərəfindən turk dilinə tərcümə edilmişdir. 1975-ci ildə əsərin tərcüməsinin yeni variantı Əli Hüseynzadə tərəfindən hazırlanmış və xidməti istifadə üçün 120 nüsxə ilə nəşr edilmişdir.

2000-ci ildə Elxan Əlibəylinin və Şəfaət Baxşızadənin təşəbbüsü ilə "Əxbarnamə"nin 1975-ci il nəşrinin foto surəti ona əlavə edilən muqədimmə ilə bir yerdə 655 nüsxə ilə işıq üzü görür.

XIX əsrin 80-ci illərində "Əxbarnamə" ixtisasca geoloq olan İshaq Axundov tərəfindən çapa hazırlanmışdır. İshaq Axundov kitabı çapa hazırlasa da, 1992-ci ilin 15 oktyabrında öldüyündən son arzusunu yerinə yetirə bilməmişdir. Onun oğlu Tufan Axundov atasının işini başa çatdıraraq 2009-cu ildə "Əxbarnamə"ni çap etdirmişdir.

Həmçinin bax

  • Qarabağnamələr
  • Dərbəndnamə
  • Şəki xanlarının müxtəsər tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əxbarnamə haqqında məlumat. Əxbarnamə nədir? Əxbarnamə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Konfutsi

  • Fevral 27, 2026

    Silviya Popoviç

  • Fevral 27, 2026

    Kabarda

  • Fevral 27, 2026

    Kordova

  • Fevral 27, 2026

    Anaxatır

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst