Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəvahirnameyi-Lənkəran - Talış xanlığının iqtisadi, coğrafi və tarixi həyatından bəhs edən, həmçinin ərazinin Rusiya tərəfindən zəbt olunması məsələsinə toxunan

Cəvahirnameyi-Lənkəran

  • Ana Səhifə
  • Vikipediya
  • Cəvahirnameyi-Lənkəran

Cəvahirnameyi-Lənkəran - Talış xanlığının iqtisadi, coğrafi və tarixi həyatından bəhs edən, həmçinin ərazinin Rusiya tərəfindən zəbt olunması məsələsinə toxunan əsərlərdən biridir. Əsər Seyidəli Kazım bəy oğluna məxsusdur. Bu əsər cəmi 43 vərəqdən ibarət olub,1869-cu ildə fars dilində yazılmışdır. Əsər müqəddimə, altı fəsil və son sözdən ibarətdir. Əsərin müqəddiməsi onun yazılma məqsədini aydınlaşdırır. Əsərin birinci fəslində müəllif Lənkəran sözünü, ikinci fəslində isə sözün mənşəyini izah etməyə çalışır. "Cəvahirnameyi-Lənkəran"ın üçüncü fəsli Lənkəran xanlığının sərhədlərinə və təbii sərvətlərinə həsr edilmişdir. Dördüncü fəsildə Lənkəran xanlığının iqlimindən bəhs olunur. Əsərin beşinci fəsli ərazidə yaşamış bir sıra müqəddəs adamların həyatından və məqbərə abidələrindən bəhs edir. "Cəvahirnameyi-Lənkəran"ın altıncı fəsli Talış xanlığınının qısa tarixindən bəhs edir. Burada, əvvəlcə xanlığın yaranması və Ağa Məhəmməd şah Qacarın yürüşünə qədər olan dövr işıqlandırılr. 

Cəvahirnameyi-Lənkəran
Ölkə
  •  Azərbaycan

Müəllif Rusiyanın işğalçılıq planlarını belə işıqlandırır: . . . Nadirin ölümündən sonra Ağa Məhəmməd şahın Lənkəranı ələ almaq təşəbbüsü nəticəsiz qaldı. Müxtəlif vasitələrlə Mir Mustafa xanı özünə tabe etmək istəyən Fətəli şah sülh yolu ilə öz arzusuna nail ola bilməyəcəyindən əmin olduğundan 30 minlik bir ordu ilə Lənkərana yürüş etdi. Mir Mustafa xan ölkəni bu ağır vəziyyətdən xilas etmək məqsədilə Şura çağırdı. İrana tabe olmağın böyük bir həqarət olduğunun əksəriyyətlə qeyd olunduğu şurada Rusiya yardımına müraciət etmək qərarı qəbul olundu. Mir Mustafa xan bu qərara əsasən öz əmisi oğlanlarından Mirzə Məhəmməd bəyi Həştərxan yolu ilə Rusiyaya elçi göndərdi.

Əsərin son sözü Lənkəran və ətraf ərazilərdə olan arxeoloji və tarixi abidələrə həsr edilmişdir. Müəllifin əsəri bədii təsvir, xronika xarakteri daşıyır. Əsərdə hadisələr məhdud şəkildə təsvir edilməsinə baxmayaraq, Talış xanlığının tarixini öyrənmək baxımından çox qiymətlidir.

XX əsrin 60–80-ci illərin Azərbaycan tarixşünaslığında bütövlükdə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı problemi ilə yanaşı, ayrı-ayrı xanlıqların tarixi inkişafı və onların Rusiyaya tabe edilməsi tarixinin araşdırılması geniş miqyas almışdı. Xanlıqların meydana gəlməsi, onların daxili və xarici vəziyyəti, xanlıqların Rusiya ilə münasibətləri, onların imperiyaya birləşdirilməsi və başqa məsələlərin araşdırılması bu səpkili əsərlərin əsas mövzusunu təşkil edir. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəvahirnameyi-Lənkəran haqqında məlumat. Cəvahirnameyi-Lənkəran nədir? Cəvahirnameyi-Lənkəran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarakilsə petroqlifləri

  • Fevral 27, 2026

    İşçi

  • Mart 01, 2026

    Musa Mendelson

  • Fevral 27, 2026

    Şərqi Folklend

  • Fevral 27, 2026

    Müqəddəs İttifaq

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst