Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anadolu Qəniyev və ya digər adı ilə: Anatollu Qəniyev (10 fevral 1931, Neftçala rayonu – 1 oktyabr 1985, Bakı) — Azərbaycan muğənnisi (bariton). 60-cı illərin ə

Anatollu Qəniyev

  • Ana Səhifə
  • Vikipediya
  • Anatollu Qəniyev

Anadolu Qəniyev və ya digər adı ilə: Anatollu Qəniyev (10 fevral 1931, Neftçala rayonu – 1 oktyabr 1985, Bakı) — Azərbaycan muğənnisi (bariton). 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

Anatollu Qəniyev
Ümumi məlumatlar
Doğum tarixi 10 fevral 1931(1931-02-10)
Doğum yeri
  • Neftçala rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 oktyabr 1985(1985-10-01) (54 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi ürək çatışmazlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Anatollu Qəniyev 1931-ci ildə Neftçala rayonu, Züd-Ost Qoltuq kəndində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur. "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (E. Rəhimova ilə duet), "Yaşa könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə" və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanmışdır.

Yaradıcılığı

Azərbaycan Mədəniyyətinin 10 günlüyündə Moskvada çıxış etmişdir (1959).

Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələrində və s. qastrol səfərlərində olmuşdur. Badamlı, Nuş olsun, Naz-naz və s. dillər əzbəri olmuş mahnıları ifa etmişdir. Koroğlu, Ulduzlar sönmür, Möcüzələr adası, Mehman, Alma-almaya bənzər kimi kinofilmlərdə mahnıları səslənmişdir.

İfa etdiyi mahnılar:

Bana - bana gəl

Naz-naz

Məni gördü güldü yar

Ağacda leylək

Çıx yaşıl düzə

Gözəllik nəğməsi

Qalxın dostlar

Aybəniz

Dəyişmərəm

Görmədim

Kamilin mahnısı

Gəlmədin sən

Gənclik mahnısı

Cıdır düzü

Qızıl ətəkli bahar

Yurdumun

Mən milisəm

Cənnətim Qarabağ

Ay qaşı-gözü qara qız

Qurban olduğum

Yaşa könül

Lənkəranın çay dərən qızları

Etibarlı oğlanam

Könlüm

Getmə dayan

Evləri var xana-xana

Səni haylaram

Pəncərəmə qondu çiçək

Çoban Qara

İlk görüşdən gəlirəm

Reyhan

Ata nəsihəti

Svetafor

Bu dərə uzun dərə

Nargilə

Görürəm səni

Geriyə dön

Yaşa Özbəkistan

Poçtalyon

Gülüm nə yaman gözəlləşmisən

Şanlı qəhrəman

Üəyimdəsən

Gəl mənim Leylam

Filmoqrafiya

  1. Möcüzələr adası (film, 1963) - lirik mahnı ,,Pəncərəmə qondu çiçək". Bəstəkar T.Quliyev.
  2. Ulduzlar sönmür (film, 1971) - mahnı ifa edən
  3. Azərbaycan elləri (film, 1976) - mahnı ifa edən
  4. Alma almaya bənzər (film, 1975) - mahnı ifa edən
  5. Yenilməz batalyon( film, 1965) Teymurun mahnısı (Teymur - aktyor Ceyhun Mirzəyev)
  6. Görüş (film,1965) Kamilin mahnısı.( Kamil - aktyor Arif Mirzəquliyev )

Xatirəsi

İctimai televiziyada istehsal edilmiş Anatollu Qəniyev adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anatollu Qəniyev haqqında məlumat. Anatollu Qəniyev nədir? Anatollu Qəniyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çatalhüyük

  • Fevral 27, 2026

    Bursaspor

  • Fevral 27, 2026

    Mehrişah Sultan

  • Fevral 23, 2026

    Buxarlanma

  • Fevral 27, 2026

    Lütsern

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst