Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bozalqanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci

Bozalqanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Bozalqanlı

Bozalqanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.

Bozalqanlı
40°59′20″ şm. e. 45°38′22″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 4.199 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6018
Xəritəni göstər/gizlə
Bozalqanlı xəritədə
Bozalqanlı
Bozalqanlı

Mündəricat

Toponimikası

Toponim Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türkdilli bozal/bizal və qanqlı/kanqlı tayfalarının adı ilə əlaqədardır. Etnotoponimdir. Mənbələrdə bu oykonim Boz Bozalqanlı variantında da qeydə alınmışdır. Eyni zamanda, bozalğan yabanı bitki adıdır.

Tarixi

Bozalqanlı Azərbaycanın qədim tarixə malik kəndlərindən biridir. XVII əsrə qədər Bozalqanlı kənd əhalisi Kür çayının sol sahilindəki Şavadın meşəsinin alt hissəsində məskunlaşmışlar. Sonralar Kür çayının sağ sahilindəki Çayqarışan deyilən ərazinin (Qışlaq) yaxınlığına, indiki Hunanlar kəndinin şimal-şərqinə köçmüşlər. İndiki Ceyrançöl ərazisində bozalqanlıların 40 ədəd qoyun yatağı olmuşdur.

Tarixi abidələri

Bozalqanlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
5182 Kərbəlai Əsədin yaşayış evi XVIII əsr Bozalqanlı kəndi Memarlıq Yerli
5183 Məhəmməd Ağanın yaşayış evi XIX əsr Bozalqanlı kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

Kənd Axıncaçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 3652 1798 1854
2009 ↗4199 ↗2062 ↗2137

Tanınmış şəxsləri

  • Aşıq Hüseyn Bozalqanlı — ustad aşıq.
  • Dəmirçi Aşıq Hüseyn — ustad aşıq.
  • Aşıq Əsəd — ustad aşıq.
  • Nazim Aslan Bozalqanlı — texnika elmləri namizədi.

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Aşıq H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Bozalqanlı poçt şöbəsi (AZ6018) fəaliyyət göstərir.

Təhsil

Kənddə Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Bozalqanlı həkim məntəqəsi yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bozalqanlı haqqında məlumat. Bozalqanlı nədir? Bozalqanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dördüncü Zobucuq

  • Fevral 27, 2026

    E.ə. 115

  • Fevral 25, 2026

    SMILES

  • Fevral 28, 2026

    Çiba (şəhər)

  • Fevral 27, 2026

    Hocazsuçay

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst