Dördüncü Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
| Dördüncü Zobucuq | |
|---|---|
| 39°34′36″ şm. e. 47°24′22″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Bələdiyyə | Kərimbəyli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 13 iyun 2008 |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 994 |
| Poçt indeksi | AZ1926 |
| Nəqliyyat kodu | 19 |
![]() Dördüncü Zobucuq | |
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi
"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 13.06.2008-ci il tarixli 643-IIIQ nömrəli Qanunla Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Dördüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Həmin Qanuna əsasən Dördüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.
Əhalisi
Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
İqtisadiyyatı
Dördüncü Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub.
Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
Mədəniyyəti
Qarakollu Poçt Şöbəsi Dördüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926.
Təhsil
Dördüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Qəsəbədə "34 № li tam orta məktəb" fəaliyyət göstərir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dördüncü Zobucuq haqqında məlumat. Dördüncü Zobucuq nədir? Dördüncü Zobucuq nə deməkdir?
