Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yerkrapa Könüllülər İttifaqı (erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ «Yerkrapa» kamavorakan miutyun, YeKM) və ya Yerkrapa Müharibə İştirakçıarı İttifaqı (Ye

Yerkrapa

  • Ana Səhifə
  • Vikipediya
  • Yerkrapa

Yerkrapa Könüllülər İttifaqı (erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ «Yerkrapa» kamavorakan miutyun, YeKM) və ya Yerkrapa Müharibə İştirakçıarı İttifaqı (Yerkrapa – Yurd müdafiəçiləri) — Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatı. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk növbədə 6 min erməni müharibə iştirakçısından ibarət idi. Yerkrapa böyük və nüfuzlu müharibə iştirakçıları qrupudur. Yerkrapa ittifaqı Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdi. Buna baxmayaraq, Sarkisyanın ölümündən sonra Yerkrapanın Ermənistan siyasətində təsiri azalmağa başlamışdır. Yerkrapa 5–30 min müharibə iştirakçısını öz təşkilatı altında cəmləşdirmişdi. Tomas de Vaala görə, 1994-cü ildən sonra Yerkrapa ölkənin ən güclü təşkilatına çevrilmişdir. Təşkilat Azərbaycan mətbuatında "terror təşkilatı" kimi də qiymətləndirilir.

Yerkrapa Könüllülər İttifaqı
erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ
Növü Yarımhərbi qeyri-hökumət təşkilatı
Yaranma tarixi 1993—h.h.
Ölkə  Ermənistan
Tabedir Ermənistan Silahlı Qüvvələri
Sayı 5,000–30,000
Şüarı "Yurdun qoruyucuları"
Müharibələr Birinci Qarabağ müharibəsi
Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
Komandanlıq
Komandir Sasun Mikayılyan
Məşhur komandirləri Vazgen Sarkisyan
Manvel Qriqoryan
ekm.am

Mündəricat

Hərbi əməliyyatlar

Yerkrapa Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdir.

Siyasi fəaliyyət

Vazgen Sarkisyanın başçılıq etdiyi Yerkrapa parlament fraksiyası artıq 1998-ci ildə Ermənistan Milli Məclisinin ən böyük fraksiyasına çevrilmişdi (69 üzvdən ibarət idi). Fraksiya ittifaq üzvlərindən ibarət idi. 1998-ci ilin yayında fraksiya Ermənistan Respublikaçı Partiyası ilə birləşmişdir. Yerkrapa bir siyasi hərəkat olaraq artıq 2001-ci ildə nominal siyasi təsirini itirmişdir.

2008-ci ildə Ermənistan Müdafiə Nazirliyinin o vaxtkı Baş Qərargah rəisi Seyran Ohanyanın rəhbərlik etdiyi bir qrup yüksək rütbəli hərbi xadim təşkilatın siyasətə qarışmasına etiraz etmişdir. Onlar 25 fevral 2008-ci ildə Yerkrapadan ayrılmışdır. Bu addım mübahisəli keçən 2008-ci il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında sədr müavini Myasnik Malxasyan və bir neçə üzvün keçmiş prezident Levon Ter-Petrosyanı dəstəkləməsindən sonra atılmışdı. Yerkrapaın o vaxtkı sədri və müdafiə nazirinin müavini Manvel Qriqoryanın Ter-Petrosyanla da görüşdüyü, o cümlədən ona siyasi dəstək vəd etdiyi iddia edilmişdir.

2019-cu ildə Sasun Mikayelyan təşkilatın hakim partiyanın qanadı olaraq xidmət etməyəcəyini barədə israr etmişdir.

Sədrlər

  • Vazgen Sarkisyan (1994–1999)
  • Manvel Qriqoryan (1999–2019)
  • Sasun Mikayılyan (2019–h.h.)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yerkrapa haqqında məlumat. Yerkrapa nədir? Yerkrapa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Müsibəti-Fəxrəddin

  • Fevral 27, 2026

    Qaya (qrup)

  • Fevral 27, 2026

    Dəriğə Nazarbayeva

  • Fevral 27, 2026

    Farslaşmış cəmiyyət

  • Mart 01, 2026

    Kamil Cəlilov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst