Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İkirəng hamarburun (lat. Vespertilio murinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin hamarbur

İkirəng hamarburun

  • Ana Səhifə
  • Vikipediya
  • İkirəng hamarburun

İkirəng hamarburun (lat. Vespertilio murinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin hamarburun cinsinə aid heyvan növü.

İkirəng hamarburun
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Dəstə:
Yarasalar
Yarımdəstə:
Yangochiroptera
Fəsiləüstü:
Vespertilionoidea
Fəsilə:
Hamarburunlar
Cins:
Hamarburun
Növ:
İkirəng hamarburun
Beynəlxalq elmi adı
  • Vespertilio murinus L., 1758[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  632159
NCBI  59485
EOL  326348
FW  

Mündəricat

Xarici görünüşü

Bədənin uzunluğu 54–60 mm, bazu sümüyünün uzunluğu isə 41–48 mm-dir. Başı qısa və enlidir. Qulaqları (14–16,5 mm) qısa, enli və qalın dərilidir. Qulaq seyvanlarının arxa kənarı aşağı tərəfdən dairəvi şəkildə genişlənərək xaricə çevrilmişdir. Qulağın dəri çıxıntısı ortadan az nəzərə çarpacaq dərəcədə genişlənmişdir. Dişilərdə bir və ya iki cüt əmcək vardır. Bədənin üst tərəfi iki (qara və yaşılımtıl-kürən) rəngdədir. Tüklərin ucundakı açıq rəng ona azacıq gümüşü alabəzəklik verir. Bədənin alt tərəfindəki açıq rəngli uzun tüklər tünd rəngli tükləri örtdüyünə görə həmin hissənin ümumi fonu açıq, sarımtıl-boz və ya açıq noxudu rəngdə görünür. Boğazın və bədənin yanlarının rəngi isə tam ağdır.

Yayılması

Arealı çox geniş olub, İngiltərədən Sakit okean sahillərinə qədər uzanır. Şimal sərhəddi bəzi yerlərdə 60 dərəcə şimal en dairəsinə qədər çatır. Cənubda arealı İran və Himalayın şimal-qərbinə və Şərqi Çinə çatır.

Azərbaycanda tək–tək fərdləri Böyük Qafqazda, Talışda və Kür-Araz ovalığı daxil olmaqla 9 məntəqədə tapılmışdır. Şərq vilayətlərinin arid landşaftlarına (7 tapıntı) meyil edir. Görünür, bizə Xəzəryanı boyunca şimaldan qışlamaya uçub gəlir (yayda aşkar edilməmişdir).

Yaşayış yeri və həyat tərzi

Həm meşələrdə, həm də açıqlıq ərazilərdə təsadüf edilir. Dəniz səviyyəsindən 300 m-dək yüksəkliklərə qalxırlar. Ağac koğuşları, çardaqlar, divarların tökülmüş yerlərindəki boşluqlar, qaya yarıqları və s. yay sığınacaqları kimi istifadə olunur. Bəzən digər yarasalarla birlikdə ümumi sığınacaqlarda da rast gəlinirlər. Balavermə və balaları yemləndirmə dövründə dişilər 40–50 fərddən ibarət koloniya şəklində yaşayırlar. Həmin dövrdə erkəklər tək və ya kiçik qruplar şəklində yaşayır. Dişi iyunda 2, bəzən də 1 bala doğur. Balalar sərbəst yaşamağa başlayandan sonra koloniyalar dağılır. Uçuşları sürətli və cəlddir. Bütün gecəni sübhçağına qədər ov edirlər. Ağaclar arasında qida axtarırlar.

Qışlama yerləri məlum deyildir. Tək-tək fərdlərin Qırğızıstan ərazisində qışlaması məlumdur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İkirəng hamarburun haqqında məlumat. İkirəng hamarburun nədir? İkirəng hamarburun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Herman Hot

  • Fevral 27, 2026

    Saturn (mifologiya)

  • Fevral 27, 2026

    Xosrava (Salmas)

  • Fevral 27, 2026

    Yorğan

  • Fevral 27, 2026

    Mərivan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst