Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tə

Vurğun Əyyub

  • Ana Səhifə
  • Vikipediya
  • Vurğun Əyyub

Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019).

Vurğun Əyyub
Müsavat Partiyası başqanının birinci müavini
May 2001 – 2007
Başqanİsa Qəmbər
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
Müsavat Partiyasının baş katibi
25 oktyabr 1997 – May 2001
Başqanİsa Qəmbər
Sonrakıvəzifə ləğv edildi
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
21 iyul 1992 – 30 iyul 1993
Əvvəlkivəzifə təsis edildi
SonrakıKamran İmanov
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1957(1957-10-25)
Doğum yeri
  • Aşağı Quşçu, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi 24 sentyabr 2019(2019-09-24) (61 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Dədə Qorqud qəsəbə qəbiristanlığı[d]
Partiya
  • Müsavat Partiyası,
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1993)
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi
  • fəlsəfə doktoru

Həyatı

Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub.

1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

1987-ci ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.

1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.

15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub. 2001-ci ilin may ayında keçirilən 6-cı qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və Müsavat başqanının 1-ci müavini təyin edilib.

2000-ci il parlament seçkilərində Vurğun Əyyub Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 3-cü sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Vurğun Əyyub deputat seçilə bilməmişdir.

2007-ci ilin martında fəaliyyətə başlamış "Paralel" Gündəlik Elektron Qəzetinin redaksiya heyətinin üzvü olub.

Uzun sürən xəstəlikdən sonra 24 sentyabr 2019-cu ildə vəfat edib. Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vurğun Əyyub haqqında məlumat. Vurğun Əyyub nədir? Vurğun Əyyub nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Joze Mourinyo

  • Fevral 27, 2026

    Anarxizm

  • Fevral 24, 2026

    İbrahim Əbilov

  • Fevral 27, 2026

    Füzuli meydanı

  • Fevral 27, 2026

    İl

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst