Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Füzuli meydanı (əvvəlki adları: Quba meydanı, Dimitrov meydanı) — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin M

Füzuli meydanı

  • Ana Səhifə
  • Vikipediya
  • Füzuli meydanı

Füzuli meydanı (əvvəlki adları: Quba meydanı, Dimitrov meydanı) — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini Füzulinin heykəl kompozisiyası bəzəyir. Meydan ön tərəfdən Qış Bulvarına açılır, arxası isə Dram Teatrına söykənir.

Füzuli meydanı
Məlumatlar
Ölkə
  •  Azərbaycan
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən tarixi "Füzuli meydanı" XIX əsrin ortalarında, Bakı forştadtının (şəhərətrafı) formalaşmağa başladığı dövrdə salınmışdır və XX əsrin əvvəllərində Bakının baş meydanı sayılırdı.

Meydan Şamaxı (hazırda Cəfər Cabbarlı küçəsi) və Balaxanı (hazırda Füzuli küçəsi) yollarının kəsişməsində yerləşməklə şəhərin ən canlı nöqtələrindən biri hesab olunurdu. İlkin dövrlərdə burada "Quba bazarı"nın yerləşməsi və Qubinskaya küçəsinin (hazırda Zivər bəy Əhmədbəyov küçəsi) başlanğıcının bu əraziyə düşməsi səbəbindən meydan xalq arasında "Quba meydanı" kimi tanınmışdır.

Meydanın erkən memarlıq siması əsasən dükan və mağazaların yerləşdiyi birrtəbəli tikililərdən ibarət idi. Şəhər hakimiyyətinin diqqətindən kənarda qalan bu ərazi XX əsrin əvvəllərinə qədər antisanitar vəziyyəti və nizamsız tikililəri ilə seçilirdi. 1903-cü ildə meydanın abadlaşdırılması və "bazar basırığının" aradan qaldırılması məqsədilə burada olan kənd təsərrüfatı obyektlərinin sökülməsinə qərar verilmişdir.

1929-cu ildə burada "beş mərtəbə" adlanan bina tikildi. 1930-cu illərin əvvəllərində meydan Bolqarıstan kommunist lideri Georgi Dimitrovun şərəfinə adlandırılmışdır. 1960-cı illərdən etibarən meydanın funksional təyinatı köklü şəkildə dəyişmişdir. Memar Qəzənfər Əlizadənin layihəsi əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası inşa edilmişdir. 1962-ci ildə meydanda heykəltəraşlar Tokay Məmmədov və Ömər Eldarovun, eləcə də memar Hacı Muxtarovun birgə işi olan dahi şair Məhəmməd Füzulinin möhtəşəm abidəsi ucaldılmışdır.

Abidənin qoyulmasından sonra meydan rəsmən "Füzuli meydanı" adlandırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Füzuli meydanı haqqında məlumat. Füzuli meydanı nədir? Füzuli meydanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yer Günü

  • Fevral 25, 2026

    Vaşinqton şəhəri

  • Fevral 28, 2026

    Valeri Gerasimov

  • Fevral 27, 2026

    Təfsir

  • Fevral 27, 2026

    Limfa

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst