Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kamran Sultan oğlu İmanov (5 noyabr 1946, Bakı) — professor, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri (2018-ci ildən), Azərb

Kamran İmanov

  • Ana Səhifə
  • Vikipediya
  • Kamran İmanov

Kamran Sultan oğlu İmanov (5 noyabr 1946, Bakı) — professor, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri (2018-ci ildən), Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri (1995–2006, 2008–2018), İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2006–2008), Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (1993–1995).

Kamran İmanov
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri
Vəzifədədir
7 may 2018-ci ildən
    Əvvəlkivəzifə təsis edildi
    Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri
    19 noyabr 2008 – 7 may 2018
    ƏvvəlkiAbutalıb Səmədov
    Sonrakıvəzifə ləğv edildi
    1995 – 16 avqust 2006
    Əvvəlkivəzifə təsis edildi
    SonrakıAbutalıb Səmədov
    İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
    29 dekabr 2006 – 20 noyabr 2008
    Əvvəlkivəzifə təsis edildi
    SonrakıMikayıl Cabbarov
    Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
    30 iyul 1993 – 15 yanvar 1995
    ƏvvəlkiVurğun Əyyub
    SonrakıFaiq Nağıyev
    Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini
    15 sentyabr 1992 – 30 iyul 1993
    SədrVurğun Əyyub
    Şəxsi məlumatlar
    Doğum tarixi 5 noyabr 1946(1946-11-05) (79 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Fəaliyyəti siyasətçi
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi elmlər doktoru
    Elmi adı professor

    Təltifləri "Şöhrət" ordeni — 20162016 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20212021 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20132013 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

    Mündəricat

    Həyatı

    Kamran Sultan oğlu İmanov 5 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirəndən və 1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsilini tamamladıqdan sonra, həmin institutda 1977-ci ilədək baş laborant, aspirant, sektor rəhbəri, baş elmi işçi, baş müəllim, elmi laboratoriya müdiri və 1977–1983-cü illərdə Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru vəzifələrində işləmişdir.

    1968-ci ildə Beynəlxalq tələbə müsabiqəsinin qalibi olmuşdur.

    1983–1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru, birinci prorektoru, 1978–1981-ci illərdə Gənclər problemlərinin tədqiqi və modelləşdirmə üzrə mərkəzin rəhbəri, Azərbaycan Gənc alimlər şurasının sədri, 1981–1983-cü illərdə Azərbaycan KP MK-nın İctimai rəyin öyrənilməsi və sosioloji tədqiqatlar mərkəzinin, 1980–1985-ci illərdə isə Azərbaycan Rektorlar şurasının elmi katibi vəzifələrində çalışmışdır. Həmin illərdə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, "Təhsil əlaçısı" medalı ilə təltif olunmuş, SSRİ Dövlət Təhsil Komitəsinin "Ən yaxşı elmi tədqiqatlara görə" müsabiqəsinin laureatı adını almış, SSRİ Təhsil Nazirliyinin fərmanları ilə təltif edilmişdir.

    1983-cü ildən başlayaraq müxtəlif vaxtlarda ölkəmizin və Türkiyənin ali təhsil müəssisələrində "İqtisadi-riyazi modellər və üsullar", "Sistemli təhlil", "Süni zəka modelləri və ekspert sistemləri", "Konflikt və kompromis şəraitlərdə qərar qəbuletmə", "Məlumat və bilik bazalarının idarə edilməsi", "Optimal idarəetmə", "Qərar qəbuletmə nəzəriyyəsi", "Əqli mülkiyyətin əsasları", "İnformasiya Texnologiyaları-Əqli Mülkiyyət (IT-IP)" fənlərindən dərs demişdir.

    1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin 1-ci müavini, test-imtahan sistemi layihəsinin elmi rəhbəri, 1993–1995-ci illərdə isə Komissiyanın sədri olmuşdur.

    1995–2006-cı illərdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri olmuş, 1998-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının "Əqli mülkiyyət hüququ" üzrə ixtisasını bitirərək diplom almışdır.

    1999-cu ildə İslam Konfransı Təşkilatının (ISESCO) "Əqli mülkiyyət hüquqları" və 2001-ci ildə ABŞ Konqresi nəzdində "US Copyright Office"-nin IT-IP üzrə təkmilləşdirmə proqramlarını bitirərək sertifikatlara layiq görülmüşdür.

    2006–2008-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifələrində işləmişdir. İçərişəhərdə maddi-mədəni irsin qorunması, bərpa və rekonstruksiyası, tarixinin öyrənilməsi, həmçinin beynəlxalq mütəxəssislər qrupu ilə birgə İçərişəhərin konservasiyası üzrə Baş Planın (Master-plan) hazırlanması üzrə aparılan işlərə rəhbərlik etmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 55 nömrəli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 58 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

    Fəaliyyəti

    Azərbaycan Respublikası Milli Məclisinin "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" (1996-cı il), "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" (2002-ci il), "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" (2003-cü il), "Məlumat toplularının hüququ qorunması haqqında" (2004-cü il), "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" (2012-ci il) Qanun layihələrinin hazırlanması üzrə İşçi qruplarının rəhbəri və layihələrin müəllifi olmuşdur.

    Azərbaycanda əqli mülkiyyət sisteminin formalaşdırılması və inkişafı məqsədilə 40-dan artıq, o cümlədən qeyri-maddi mədəni irsin qorunması, rəqəmli hüquqların idarə edilməsi, elektron ticarət, texnologiyaların kommersiyalaşdırılması və transferi və əqli mülkiyyət hüquqlarının qorunması və təminatına aid normativ-hüquqi akt layihələrinin hazırlanması işlərinə rəhbərlik etmişdir.

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fəxri Professorudur. Türkiyə, Almaniya, Macarıstan, ABŞ, İsveçrə, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Əqli mülkiyyət, müəllif hüquqlarına aid mövzularla bağlı 110-dan artıq elmi əsərin, erməni plagiatını ifşa edən 40-dan çox kitab və məqalənin, qərar qəbuluna aid 80-dən çox əsərin müəllifidir. Elmi rəhbərliyi altında aspirantlar və magistrlər yetişdirilmişdir.

    "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası İttifaqının Assambleyasının sədr müavini, sonradan sədri seçilmiş, ÜƏMT-nin "Müəlliflik hüququna dair Müqaviləsi"nin Assambleyasının rəhbəri olmuşdur. 2023-cü ilin 6 iyul tarixində Cenevrə şəhərində keçirilən ÜƏMT üzv-dövlətlərinin Assambleyalarının 64-cü iclasında yenidən yekdilliklə 180-dək dövləti birləşdirən Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqının Assambleyasının sədri seçilib və hazırda həmin vəzifəni həyata keçirir.

    Azərbaycan Respublikasının ÜƏMT-də nümayəndə heyətinin rəhbəri kimi fransız və ingilis dillərində onlarla çıxışlar edib, Azərbaycan Respublikasının Avrasiya Patent Təşkilatının İnzibati Şurasında səlahiyyətli nümayəndəsidir. Avrasiya Patent Təşkilatının İnzibati Şurasının 2024-cü il 9–10 sentyabr tarixlərində Moskva şəhərində keçirilən 45-ci iclasında yekdilliklə Avrasiya Patent Təşkilatının İnzibati Şurasının sədri seçilmişdir.

    2021-ci ildə Bakı Dövlət Universitetində ilk dəfə olaraq Əqli mülkiyyət hüququ kafedrasının və Əqli Mülkiyyət Agentliyində onun filialının yaradılmasının, "Əqli mülkiyyət hüququ" ixtisası üzrə yeni magistr proqramının təsis edilməsinin və əqli mülkiyyət hüququ üzrə ixtisaslaşma aparılmasının təşəbbüskarlarından olmuşdur.

    Həmçinin 2023-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində Əqli mülkiyyət kafedrası yaradılmasının təşəbbüskarlarından olmuşdur.

    Avrasiya Patent Təşkilatının İnzibati Şurasının 2022-ci ilin 20–21 sentyabr tarixlərində Moskva şəhərində keçirilən 41-ci iclasında Avrasiya Patent Təşkilatının "İxtiraçılığa və patent işinə verdiyi töhfəyə görə" V. İ. Blinnikov adına qızıl medalı ilə təltif edilmişdir.

    Mükafatları

    • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 7 may 2013
    • "Şöhrət" ordeni — 7 noyabr 2016
    • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 4 noyabr 2021
    • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019
    • "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı — 6 dekabr 2019
    • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin yubiley medalları
    • 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Dünya elminə və mədəniyyətinə üstün xidmətlərinə görə "Uluslarararası Altın Ulduz" medalına layiq görülmüş, həmin ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Akademik-üzvü seçilmiş, 2015-ci ildə Uluslararası Türk Kültürü Təşkilatının (Türksoy) 20 illiyi münasibətilə "Türksoy" medalı, 2016-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Türk dünyası elminə və mədəniyyətinə üstün xidmətlərinə görə "Atatürk Uluslararası ödülü" ilə təltif edilmişdir.
    • 2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə "Taclı Ulduz" ordeni ilə təltif edilmişdir.

    Kitabları

    1. "Армянские ина(о)родные сказки", Bakı, 2008.
    2. "Erməni (yad)el(li) nağılları", Bakı, "Şərq-Qərb", 2013. (Qafqaz Universiteti nəşri)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kamran İmanov haqqında məlumat. Kamran İmanov nədir? Kamran İmanov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Soyuq silah

    • Fevral 27, 2026

      Qusçular hərəkatı

    • Fevral 27, 2026

      Raraka

    • Fevral 27, 2026

      Minato

    • Fevral 26, 2026

      12 mart

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst