Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin m

Əliş Lənbəranski

  • Ana Səhifə
  • Vikipediya
  • Əliş Lənbəranski

Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü.

Əliş Ləmbəranski
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
23 noyabr 1970 – 9 aprel 1987
SədrƏli İbrahimov
Həsən Seyidov
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
yanvar 1959 – 1966
ƏvvəlkiAğamirzə Əhmədov
SonrakıRamazan Abdullayev
Azərbaycan SSR neft sənayesi nazirinin müavini
1954 – 1954
NazirƏnvər Əlixanov
Şəxsi məlumatlar
Doğum tarixi 10 may 1914(1914-05-10)
Doğum yeri
  • Lənbəran, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 may 1999(1999-05-01) (84 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1936)
Fəaliyyəti mühəndis, siyasətçi
Atası Cəmil bəy Ləmbəranski
Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni — 1980
3-cü dərəcəli "Stalin" mükafatı Azərbaycan SSR Dövlət mükafatı — 1991 SSRİ Nazirlər Sovetinin mükafatı — 1978

Mündəricat

Həyatı

Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.

İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur.

O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti

Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir.

Siyasi fəaliyyəti

1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi.

1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.

Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı olmuşdur. Azərbaycan KP 30-cu qurultayında MK üzvü seçilmişdir.

Xatirəsi

Azərbaycan Respublikasının Prezidenti Əliş Ləmbəranskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya (Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsi, 5) xatirə lövhəsinin vurulması barədə 11 may 2004-cü il tarixdə Sərəncam vermişdir.

Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, onun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2014-cü il tarixdə Sərəncam vermişdir.

Əliş Ləmbəranski haqqında "İthaf" adlı sənədli film çəkilib. Rejissoru Ziya Şıxlinskidir. Filmin Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) premyerası olub.

Təltif və mükafatları

2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, 3 Qırmızı Əmək Bayrağı, 2-ci dərəcəli Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri və medallarla təltif olunmuşdur. SSRİ Nazirlər Soveti mükafatının laureatıdır (1978).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əliş Lənbəranski haqqında məlumat. Əliş Lənbəranski nədir? Əliş Lənbəranski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vaşinqton (şəhər)

  • Fevral 24, 2026

    YUNESKO

  • Fevral 27, 2026

    Benzol

  • Fevral 27, 2026

    Eynşteynium

  • Mart 01, 2026

    Klitiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst