Etibar Sinabəddin oğlu Pirverdiyev (23 iyun 1964, Yuxarı Ləgər, Qusar, Azərbaycan) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik.
| Etibar Pirverdiyev | |
|---|---|
| 27 noyabr 2001 – 4 sentyabr 2018 | |
| Sonrakı | Balababa Rzayev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Yuxarı Ləgər, Qusar, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | dövlət xadimi |
| Dini | İslam |
Həyatı
Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur.
1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır.
İxtisasca mühəndisdir.
1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir.
4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir.
Ailəlidir, 3 övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Etibar Pirverdiyev haqqında məlumat. Etibar Pirverdiyev nədir? Etibar Pirverdiyev nə deməkdir?