Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Telefon (q.yun. τῆλε — uzaq, φωνή — səs) — səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır.

Telefon

  • Ana Səhifə
  • Vikipediya
  • Telefon

Telefon (q.yun. τῆλε — uzaq, φωνή — səs) — səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır.

1940-cı illərdə istifadə olunan telefon

Müasir dövrdə əsasən GSM yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. İctimai istifadə üçün də əsasən əhalinin gur olduğu yerlərdə qoyulan taksofonlar da yayılmışdır.

Western Electric tərəfindən hazırlanmış AT&T düyməli telefon, model 2500 DMG qara, 1980

Bütün telefonlar danışmaq üçün mikrofona və səsi eşitmək üçün qulaqcığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, daha sonra bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki telefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır. Hər bir telefon onu təyin edən bir telefon nömrəsinə sahibdir.

Telefonun insan orqanlarına ziyanı-İnsanın bədəniniə və dərisində şüaqaytarıcı hormonlar mövcuddur və bu hormonlar 8saat aktivdir.Əgər gün ərzində 8saatdan artıq telefona baxılarsa bu zaman göz altı qaralması və s. Xəstəliklər əmələ gələ bilər

Mündəricat

Tarixi

Telefonun nə vaxt kəşf olunması ilə əlaqədar bir çox mübahisələr mövcuddur. Digər mühüm kəşflər kimi telefonun da kəşfindən əvvəl ona bənzər prinsipdə işləyən qurğular kəşf edilmişdir. Bu kəşfləri edənlər İnnokennto Manzetti, Antonio Meuççi, Reys Filipp, Aleksandr Qrehem Bell, Tomas Edison və digər alimlər olmuşlar. Lakin Bell ilə Edisonun kəşfə görə əldə etdikləri patent əsas götürülmüşdür.

1876-cı il fevralın 14-də ABŞ-nin Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün "Bell Telephone Company" adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra – 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. On il sonra isə Amerikada telefon istifadəçilərinin sayı 150 minə, İngiltərədə 26 minə, Almaniyada 22 minə çatdı. Bellin ixtira etdiyi telefonda danışmaq və qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar bu iki funksiya bir dəstəkdə birləşmişdir.

1876-cı il martın 10-da ilk telefon danışığı baş tutmuşdu. Bell iş otağında mayeni öz üstünə dağıtdı və telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: "Mister Uotson, buraya gelə bilərsinizmi? Siz mənə lazımsınız".

İlk telefon stansiyası 1877-ci ildə ABŞ-nin Konnektikut şəhərində fəaliyyətə başladı. 1883-cü ildə isə Boston və Nyu-york şəhərləri arasında rabitə əlaqəsi yaradıldı.

Bell 1892-ci ildə Nyu-Yorkdan Çikaqoya ilk telefon zəngi etdi

Mobil telefon

Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.

Bellin ilk telefon ötürücüsü, təxminən. 1876, 50 il sonra yenidən canlandırıldı

Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.

Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.

Hesab edilir ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

Rəqəmsal telefon

Rəqəmsal telefonlar, rəqəmsal elektronika məhsullarının rəqəmsal telefon və sistemlərinin vəziyyətində istifadə olunmasıdır. 1960-cı illərdən etibarən bütün dünyadakı telefon sistemləri kütləvi şəkildə analoq sistemdən rəqəmsal sistemlərə doğru keçid etməyə başladı. Keçid şəbəkələrinin bir çoxu eyni zamanda rəqəmsal formada qurulmağa başlandı. Rəqəmsal telefon sistemləri ilk zamanlar səsli xidmətin qiymətinin ucuz olması üçün istifadə olunmağa başlanmışdı. Lakin sonradan belə telefon sistemlərinin yeni şəbəkə xidmətləri (İSDN kimi) göstərə bildiyi və böyük həcmdə informasiyanı rəqəmsal qurğular vasitəsilə telefon xətləri üzərindən ötürmək imkanının olduğu ortaya çıxıb.

İstifadəsi

2009-cu ilin sonuna olan məlumata görə dünyada ümumi olaraq 6 milyard telefon istifadəçisi var. Bunlardan 1,26 milyardı standart ev telefonu istifadəçiləri, 4,6 milyard isə mobil telefon istifadəçiləridir.

Həmçinin bax

  • Mobil telefon
  • Alo

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Telefon haqqında məlumat. Telefon nədir? Telefon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Svuynoy adası

  • Fevral 24, 2026

    Somali

  • Fevral 24, 2026

    Kərgədanlar

  • Fevral 23, 2026

    E.ə. 347

  • Fevral 23, 2026

    Monoteizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst