Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu-Cersi) — amerikalı ixtiraçı və sahibkar.

Tomas Edison

  • Ana Səhifə
  • Vikipediya
  • Tomas Edison

Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu-Cersi) — amerikalı ixtiraçı və sahibkar.

Tomas Edison
ing. Thomas Edison
Doğum tarixi 11 fevral 1847(1847-02-11)[…]
Doğum yeri
  • Maylan[d], Ohayo, ABŞ
Vəfat tarixi 18 oktyabr 1931(1931-10-18)[…] (84 yaşında)
Vəfat yeri
  • Vest-Orinc[d], Esseks, Nyu-Cersi, ABŞ
Fəaliyyəti mühəndis, ixtiraçı, sahibkar, iş adamı, fizik, riyaziyyatçı, ssenarist, kinorejissor, film prodüseri
Fəaliyyət illəri 1877-ci ildən
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası (1927),
  • İsveç Kral Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1896),
  • SSRİ Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası
Mükafatları Navy Distinguished Service Medal — 1920 "Fəxri legion" ordeninin komandor dərəcəsi — 1889 "Fəxri legion" ordeninin zabit dərəcəsi — 1881 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1879 "İtaliya tacı" ordeninin böyük zabit dərəcəsi — 1889
John Fritz Medal — 1908 Franklin İnstitutunun mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 (ing.) A Day with Thomas Edison (1922)

Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.

Mündəricat

Həyatı

Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.

Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.

Heç bir insan həyatında Edison qədər patent almamışdır.

85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…"

Edisonun Menlo Park laboratoriyası Dearbornda Henri Ford Muzeyində nümayış etdirilir

Şəxsi keyfiyyətləri

Edison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdir. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15–16 saat işləyirdi.

Edisonun birinci elektrik lampası Menlo Parkda nümayiş etdirilir (1879, dekabr)

Nikola Tesla, məşhur Amerika ixtiraçısı onun haqqında deyirdi:

Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı

Edisonun məşhur deyimləri

  • Dahi – bir faiz ilham, 99 faiz isə alın təridir.
  • narahatlıq — razı qalmamaqdır. Razı qalmamaq isə tərəqqinin birinci şərtidir. Mənə tam razı qalan adam göstərin və mən isbat edim ki, o uğursuz adamdır.
  • Sivilizasiyanın birinci vəzifəsi insanı düşünməyi öyrətməkdir.
  • Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapıram.
  • Mən məğlubiyyəti sevmirəm.
Tomas Edison fonoqrafın ilk variantı ilə

Tomas Edisonun İxtiraları

  • Fonoqraf (1877)
  • Akkumulyator
  • Telefona müasir görkəm vermişdir
  • Elektriklə işləyən ilk qatarları o qurmuşdur.

Həmçinin bax

  • Elektrik stansiyası
Digər layihələrdə
  • Vikisitatda əlaqəli sitatlar
  • Vikimənbədə əlaqəli mətnlər
  • Vikianbarda əlaqəli media-fayllar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tomas Edison haqqında məlumat. Tomas Edison nədir? Tomas Edison nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Filippin

  • Fevral 24, 2026

    I Artaşes

  • Fevral 23, 2026

    Braziliya bayrağı

  • Fevral 23, 2026

    Musiqi pedaqoqu

  • Fevral 23, 2026

    Şota Rustaveli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst