Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd İbrahim İbrahimbəyov (tam adı: İbrahimbəyov Məmməd İbrahim Əhməd oğlu; 1900, Şamaxı – 1973) — azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Res

Məmmədibrahim İbrahimbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədibrahim İbrahimbəyov

Məmməd İbrahim İbrahimbəyov (tam adı: İbrahimbəyov Məmməd İbrahim Əhməd oğlu; 1900, Şamaxı – 1973) — azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Respublika Coğrafiya Cəmiyyətinin üzvü.

Məmməd İbrahim İbrahimbəyov
Məmməd İbrahim Əhməd oğlu İbrahimbəyov
Doğum tarixi 1898
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1973 (74–75 yaşında)
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Fatimə Məşədibəyova
Uşaqları Rüstəm İbrahimbəyov
Maqsud İbrahimbəyov
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru

Həyatı

Məmməd İbrahim Əhməd oğlu İbrahimbəyov Şamaxı şəhərində anadan olmuşdur. Ailəsi 1902-ci ildə baş vermiş Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşdür. M.İ.İbrahimbəyov öz pedaqoji fəaliyyəti dövründə indiki Tusi adına ADPU-da, BDU-da coğrafiyadan dərs demiş, Azərbaycan EA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dissertantı olmuş, keçmiş SSRİ EA Azərbaycan filialının Coğrafiya sektorunda elmi katib işləmiş, Azərbaycan ali məktəblərində coğrafiya fakültələrinin təşkilində fəal iştirak etmişdir. Akademik H.Ə.Əliyevla, Azərbaycan EA-nın müxbir üzvləri Q.Güllə, Ə.Şıxlinski ilə, coğrafiya elmləri doktoru B.T.Nəzirova ilə, professorlardan H.B.Əliyevlə, N.Kərimovla, Ə.Hacızadə ilə, dosentlərdən O.Osmanovla, M.Axundovla, H.Sadıxlı və digər bir çox alim və müəllimlərlə işləmişdir. Akademiklərdən B.Ə.Budaqova, A.A.Nadirova, coğrafiya elmləri doktorları, professorlar Ə.C.Əyyubova, N.Nəbiyevə, M.A.Müseyibova, Ş.Həsənova, E.Mehrəliyevə, M.Avdiyevə, B.Əbdürrəhmanova, N.A.Vəliyevə, şair Məmməd Araza, dosentlər Qaramollayev, İ.Mərdanov və yüzlərlə başqalarına dərs demişdir.

1999-cu il iyun ayının 29-da M.İ.İbrahimbəyova həsr olunmuş yubiley keçirilmişdir.

Azərbaycanda eksperimental psixologiyanın əsasını qoymuş psixoloq Fuad İbrahimbəyovun qardaşıdır.

Həmçinin bax

  • Maqsud İbrahimbəyov
  • Rüstəm İbrahimbəyov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədibrahim İbrahimbəyov haqqında məlumat. Məmmədibrahim İbrahimbəyov nədir? Məmmədibrahim İbrahimbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    ABŞ bayramları

  • Mart 01, 2026

    Ço Su-Min

  • Fevral 27, 2026

    Atoll

  • Fevral 27, 2026

    Yonca

  • Fevral 27, 2026

    Əmr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst