Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Axundova-Bağırbəyova Sona Əbdül qızı (23 avqust 1896, Şamaxı – 27 yanvar 1982, Bakı) — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi

Sona Axundova

  • Ana Səhifə
  • Vikipediya
  • Sona Axundova

Axundova-Bağırbəyova Sona Əbdül qızı (23 avqust 1896, Şamaxı – 27 yanvar 1982, Bakı) — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi (1964), Azərbaycan SSR əməkdar həkimi (1960)

Sona Axundova
Axundova-Bağırbəyova Sona Əbdül qızı
Doğum tarixi 1896
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1982 (85–86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı Ağa bəy Bağırbəyov
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Təhsili
  • İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi,
  • Müqəddəs Vladimir adına Kiyev Universiteti (–1918),
  • Birinci Moskva Dövlət Tibb Universiteti (–1923)
Mükafatları "Lenin" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Azərbaycan SSR əməkdar həkimi — 1960 Azərbaycan SSR əməkdar elm xadimi — 1964 "Səhiyyə əlaçısı" döş nişanı

Mündəricat

Həyatı

Sona Axundova 1896-cı ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi qızlar gimnaziyasında alıb, "Müqəddəs Nina" pansionunda qalıb. Bu təhsil ocağını qurtardıqdan sonra Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Təhsilini Moskva Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib və 1923-cü ildə həkimlik diplomu alıb. Tələbəlik dövründə dəfələrlə Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev ilə görüşüb. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. 1940-cı ildə dünyada şöhrət qazanmış göz xəstəlikləri üzrə alim-akademik V.P.Filatovun klinikasına ezam edilib. Sonra Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb. 1938-1946-cı illərdə Azərbaycan Elmi Tədqiqat Oftamologiya İnstitutunda şöbə müdiri işləyib. Böyük Vətən müharibəsində Bakı qospitallarında gözündən zədə almış yaralılara yaxından köməklik edib. 1952-ci ildə professor, 1960-cı ildə Azərbaycyan SSR-in əməkdar həkimi, 1964-cü ildə Azərbaycan SSR əməkdar elm xadimi adlarına layiq görülüb.

Mükafatları

Sona Axundova 1970-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının fəxri elmi məsləhətçisi seçilib, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, medallarla təltif edilib.

Həmçinin bax

  • Ağa Axundov
  • İsmayıl Axundov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sona Axundova haqqında məlumat. Sona Axundova nədir? Sona Axundova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zəngəzur ekspedisiyası

  • Fevral 27, 2026

    İzotermik proses

  • Mart 01, 2026

    Kral TV

  • Fevral 23, 2026

    İltihab

  • Fevral 27, 2026

    İdiş dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst