Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarş

İltihab

  • Ana Səhifə
  • Vikipediya
  • İltihab

İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir :

  1. yoluxmuş sahənin qanla təchizatının güclənməsi
  2. endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması
  3. leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar .

Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi .

Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir:

  • lat. rubor — "qızartı", qızarma, eritema
  • lat. tumor — "şiş", şişginlik
  • lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması
  • lat. dolor — "ağrı", nahiyyədə ağrılar

Doplin Klavdi Qalen (eramızın 130-200 cü illəri) bu əlamətlərə lat. functio laesa — funksional pozğunluğu əlavə etmişdir. İltihabi proses gedişatına görə 3 cürdür:

  • Kəskin gedişli — 2 həftəyə qədər,
  • Yarım kəskin gedişli — 1 aya qədər,
  • Xroniki gedişli — uzun müddətli və ya ömürlük. Proses dövri olaraq kəskinləşir və sakitləşir.

İstənilən iltihab inkişafəna görə mütləq olaraq 3 mərhələdən keçir:

  • Alterasiya — toxuma və höceyrələrin zədələnməsi,
  • Ekssudasiya — ifrazat. Orqan və toxumaların damar divarlarından qan mayesi və hüceyrələrinin iltihab nahiyyəsinə süzülərək yığılması,
  • Proliferasiya — məhsuldar mərhələ. Bu zaman iltihab baş vermiş nahiyyədə hüceyrələrin bölünməsi prossesi sürətlənərək zədələnmiş toxumalar bərpa olunmağa başlanır.


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İltihab haqqında məlumat. İltihab nədir? İltihab nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 16, 2026

    İslam

  • Fevral 23, 2026

    Batumi

  • Fevral 23, 2026

    Amorphea

  • Fevral 23, 2026

    28 yanvar

  • Fevral 23, 2026

    Eldənizlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst