Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Benqallar — Banqladeşdə (152 milyon nəfərdən çox), Hindistanın Qərbi Benqaliya və Tripura ştatlarında (100 milyon nəfərə yaxın) yaşayırlar, ümumi sayları 300 mi

Benqallar

  • Ana Səhifə
  • Vikipediya
  • Benqallar

Benqallar — Banqladeşdə (152 milyon nəfərdən çox), Hindistanın Qərbi Benqaliya və Tripura ştatlarında (100 milyon nəfərə yaxın) yaşayırlar, ümumi sayları 300 milyon nəfərə yaxındır (2009). Müxtəlif dövrlərdə Nepal, Butan, Sinqapur, ABŞ, Kanada, Böyük Britaniya və başqa ölkələrdə də məskunlaşmışlar.

Benqallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

"Banqa" etnonimi vedalarda əksini tapan, Hindistanın şərqində, Qanq çayı vadisində mövcud olmuş Banqa dövlətinin adı ilə bağlıdır.

Tarixi

Benqal (benqal dilində Banqla) xalqı Qanq vadisində, Qanq və Brahmaputra çaylarının deltasında yaşayırlar. Qədimdə bu ərazilər Anqa, Vanqa, Qauda adı ilə tanınmışdır. E.ə. I minillikdə benqalların etnik ərazisində caynizm və buddizm dinləri yayılmışdır. Benqal xalqının etnik tarixi çoxsaylı heterogen qrupların qarışması, konsolidasiyası ilə zəngindir. Bu ərazi X–XII əsrlərdən Benqal adlandırılmağa başlamışdır. VIII–XIII əsrlərdə benqal dövlətçiliyi mövcud olmuşdur. XIII əsrdə bura Dehli sultanlığının nəzarəti altına düşmüş, XIV əsrdə müstəqil dövlət olmuşdur. Buddizmin inkişaf etdiyi, böyük məbədlərin fəaliyyət göstərdiyi Pali dövləti XV əsrədək yaşamışdır. 1575-ci ildə Böyük Baburşahların hakimiyyəti altına keçən benqallar XVIII əsrədək bu imperiyanın tərkibində qalmışdır. XVIII əsrin başlanğıcında müstəqil dövlət yaranmışdır. XVIII əsrdə Benqaliyada ingilis Ost-Hind şirkəti fəaliyyət göstərməyə başlamış, 1757-ci ildə İngiltərənin işğalı altına düşmüşdür Britaniya adminstrasiyası 1905-ci ildə Benqaliyanı 2 yerə ayırsa da, müqavimətlə üzləşmiş, 1911-ci ildə yenidən birləşdirilmişdir. 1947-ci ildə Benqaliya ikinci dəfə parçalanmış, hinduist benqalların yaşadığı Qərbi Benqaliya Hindistana, müsəlmanların yaşadığı Şərqi Benqaliya Pakistana verilmişdir. 1971-ci ildə milli-azadlıq hərəkatı nəticəsində Pakistan geri çəkilməyə məcbur olmuş və Banqladeş Respublikası yaradılmışdır.

İrqi xüsusiyyətləri, dilləri və dinləri

Benqallar xalq olaraq avropoid irqinin hind-Aralıq dənizi tipinə, əsasən mezo-hind antropoloji tipə aiddir. Bu xalq monqoloid (şimalda və şərqdə) və dravid (cənubda) irqi əlamətlərinə malikdir. Benqali (banqla-bhaşa) dili hind-avropa dil ailəsinin hind-ari qrupuna aiddir. Bu xalqın nümayəndələri hindi, urdu dillərində də danışırlar. Benqali dilinin qərbi-şərqi dialekləri, eləcə də iki ədəbi dil–klassik (qərb dialektləri əsasında) və danışıq (Kəlküttə və müasir qərbi dialektlər əsasında) dilləri formalaşmışdır. "Bonqakhor" yazısı qədim hind brahmi qrafikası əsasında yaranmışdır. Banqladeşdə yaşayan benqallar əsasən sünni müsəlmanlardır, aralarında hinduslar da vardır. Hindistanda yaşayan benqallar isə əsasən hinduslardır, aralarında müsəlman, caynist, xristian benqallar vardır. Şivaist və vişnuit benqallar Durqu və Kali tanrılarına sitayiş edir, payızda "Durqa-puca" bayramını keçirirlər.

Əsas məşğuliyyətləri

Benqalların əsas məşğuliyyəti əkinçilik olmuş, düyü, cut, paxlalılar, şəkər çuğunduru becərilməsi geniş yayılmışdır. Qərbi Benqalın şimal vilayətlərində çay istehsal olunur. Burada sənətkarlıq inkişaf etmiş, benqal parçaları (muslin, mürşidabad ipəyi), metal emalı, dəriçilik, fil sümüyü işləməsi məşhurdur. Xüsusilə Qərbi Benqaliyada toxuculuq və cut sənayesi inkişaf etmişdir. Əhalinin əsas qidası düyü, paxlalılar, tərəvəz, balıqdır. Benqal şirniyyatları (şondeş, roşqulla, doi) məşhurdur. Müsəlmanlar qoyun əti və aşağı kasta hinduistləri bəzən donuz əti, quş və göyərçin əti istehlak edirlər.

Etnoqrafik xüsusiyyətləri

Benqaliyanın cənub rayonlarında yaşayış məskənləri əsasən çayların sahili boyu yerləşmişdir, evlər (bari) bir-birinə yaxın yerləşir. Şimal-qərbdə yaşayış məskənləri əsasən yollar boyu yerləşir, evlər bir-birindən aralı olur, burada yağışlar mövsümündə evlər arasında əlaqə qayıqlar vasitəsi ilə saxlanılır. Karkas dirəklər üzərində yerləşən evlər gillə suvanır, dik damlar isə bambuk və ya ağaclardan qurulur.

Benqal qadınlarının əsas geyimi "sari" sayılır, bəzəklər isə geyimin vacib atributudur. Kişilər "dhoti" geyinir, "çadar" adlanan şala bürünürlər. Müsəlman qadınları dəsmal, kişilər isə "lunqi" adlanan dəsmal gəzdirir. Hinduistlərin baş geyimləri türbanlar, müsəlmanların baş geyimləri dairəvi papaqlardır. Burada musiqi, rəqs, xalq teatrı (kukla, "catra" adlanan lirik dram), peşəkar kino sənəti geniş inkişaf etmişdir.

Xarici keşid

  • Bengalis Encyclopædia Britannica

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Benqallar haqqında məlumat. Benqallar nədir? Benqallar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Endokrinologiya

  • Fevral 28, 2026

    İlbizlər

  • Fevral 27, 2026

    Polo

  • Fevral 24, 2026

    Cənub yarımkürəsi

  • Fevral 27, 2026

    Rostov-na-Donu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst