İsgəndər Xəlilov — sahibkar, "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi.
| İsgəndər Xəlilov | |
|---|---|
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | iqtisadçı, biznesmen, sahibkar |
| Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Moskva Hüquq Akademiyası |
| Mükafatları | |
Həyatı və fəaliyyəti
1955-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir. Bir müddət Bakı şəhərinin müəssisələrində ixtisası üzrə işləmişdir. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl" şirkəti prezidentinin məsləhətçisi olmuşdur. 1991-ci ildə "LUKoyl" — Azərbaycan" Neft Şirkətinin direktorlar şurasının sədri seçilmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl" - Türkiyə" nümayəndəliyi İdarə Heyətinin rəhbəri olmuşdur. 2000-ci ildə "Slavneft"in Neft-qaz şirkətində fəaliyyətə başlamışdır. "Slavneft"in İdarə Heyətinin üzvü, xarici iqtisadi fəaliyyət və inkişaf üzrə vitse-prezidenti olmuşdur. 2003-cü ilin fevralından "LUKoyl" Oversiz Holdinq LTD"-nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti işləmişdir. Geologiya mineralogiya elmləri doktorudur. Rusiya, MDB ölkələri və uzaq xarici ölkələrdəki neft biznesi ilə bağlı olan, peşəkar dairələrlə geniş işgüzar əlaqələrə malikdir.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsgəndər Xəlilov haqqında məlumat. İsgəndər Xəlilov nədir? İsgəndər Xəlilov nə deməkdir?