Vəkilov Yusif Səməd oğlu (Yusif Səmədoğlu) (25 dekabr 1935, Bakı – 16 avqust 1998, Bakı) — Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990,1995).
| Yusif Səmədoğlu | |
|---|---|
| |
| Doğum adı | Yusif Səməd oğlu Vəkilov |
| Təxəllüsü | Səmədoğlu |
| Doğum tarixi | 25 dekabr 1935 |
| Doğum yeri | |
| Vəfat tarixi | 16 avqust 1998 (62 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Atası | Səməd Vurğun |
| Anası | Xavər Vəkilova |
| Təhsili |
|
| Fəaliyyəti | yazıçı, nasir, ssenarist |
| Əsərlərinin dili | Azərbaycan dili |
| Janrlar | nəsr, ssenari |
| Üzvlüyü |
|
| Mükafatları | |

Həyatı
Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969), baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969–1976), "Ulduz jurnalının baş redaktoru (1976–1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
1998-ci il avqustun 16-da vəfat etmişdir.
20 Yanvar faciəsi ilə bağlı fəaliyyəti
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdır.
Xatirəsi
2025-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalanmışdır.
2026-cı ilin yanvarında yazıçının 90 illik yubileyi Azərbaycan Dövlət Film Fondunda qeyd olunmuşdur.
Ailəsi
- Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
- Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
- Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
- Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun qardaşıdır.
- İctimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.
| Yusif ağa Vəkilov | Məhbub xanım Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ruqiyyə Paşabəyova | Mehdixan Vəkilov | Səməd Vəkilov | Xavər Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çiçək Vəkilova | Cavanşir Vəkilov | Yusif Vəkilov | Vaqif Vəkilov | Aybəniz Vəkilova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979
- "Şöhrət" ordeni — 19 dekabr 1995
- "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 23 may 1998
Xatirəsi

ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi çəkilmişdir. Filmin Rejissoru Namiq Ağayevdir.
Əsərləri

Roman
- Qətl günü
Hekayə
- Xəzri
- Yaddan çıxmış sözlər
- Gözlər
- Qartal
- 220 №-li otaq
- Güllər
- Saat işləyir
- Simurq quşu
- Qalaktika
- Soyuq daş
- Beşik
- 46-cı ilin oyunları
- Foto-fantazoiya
- Astana
- Bayatı-Şiraz
- İncə dərəsində yaz çağı
Filmoqrafiya
- Axırıncı maqın sonu (film, 1974)
- Azərbaycan SSR (film, 1971)
- Böyük tamaşa (film, 1974)
- Cəlil Məmmədquluzadə (film, 1966)
- Dostluq məşəli (film, 1965)
- Səməd Vurğun (film, 1966)
- Foto "Fantaziya" (film, 1970)
- Göllərin tacı (film, 1966)
- Qətl günü (film, 1990)
- Monrealda Azərbaycan günü (film, 1967)
- Polşada Azərbaycan günləri (film, 1970)
- Səmt küləyi (film, 1973)
- Yeddi oğul istərəm... (film, 1970)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yusif Səmədoğlu haqqında məlumat. Yusif Səmədoğlu nədir? Yusif Səmədoğlu nə deməkdir?
