Ceyhun Zeynalov (19 sentyabr 1980, Bakı) — Cin adı ilə tanınan azərbaycanlı musiqiçi.
| Ceyhun Zeynalov | |
|---|---|
| Ümumi məlumatlar | |
| Ləqəbi | Cin |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | Azərbaycanlı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni, reper, aranjimançı |
| Fəaliyyət illəri | 2000-indiyədək |
| Janrlar | hip-hop, pop, reqqi |
| Albom şirkəti | Mərkəz Production |
| Əlaqələri | Nadir Nəğd Pul, Elşad Xose, Miri Yusif, Röya, Rauf Əhmədov |
| Təhsili | Cəmşid Naxçıvanski adına hərbi lisey |
Həyatı
Ceyhun Zeynalov 19 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-97-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır.
Musiqi karyerası
2000-ci ildən musiqi karyerasına başlayan Ceyhun Zeynalov ilk vaxtlar reperlik və aranjimanla məşğul olmuşdur. Yaşıl gözlər mahnısı ilə reqqi üslubuna keçid etmişdir. Bu üslubda ikinci mahnısı olan Buludlar ona əsas məşhurluq gətirmişdir. Buludlar Azərbaycanla bərabər, Türkiyədə də böyük populyarlıq qazanmışdır.
Diskoqrafiya
Mahnıları
- Aman aman
- Bakı
- Birinci ol (Rauf Əhmədovla duet)
- Bivəfa
- Benimle evlenirmisin
- Buludlar
- Dəniz
- Dəyməsin göz
- Günəş
- Həci Başqadu
- Məsafələr
- Milyonlardan
- Maaş günü
- Payız gəldi
- Sevdim
- Sən ey uşaqlıq
- Yağış yağır
- Yaşıl gözlər
- Yay
- Zəhləm getmiş (Röya ilə deut)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyhun Zeynalov haqqında məlumat. Ceyhun Zeynalov nədir? Ceyhun Zeynalov nə deməkdir?