Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Repatriasiya (lat. repatriate) və ya vətənə qayıtma — əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, öz mənşəcə olduğu yerinə

Repatriasiya

  • Ana Səhifə
  • Vikipediya
  • Repatriasiya

Repatriasiya (lat. repatriate) və ya vətənə qayıtma — əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, öz mənşəcə olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması. O cümlədən, xaricdən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların qayıdışı repatriasiya sayılır.

Mündəricat

İnsan repatriasiyası

İnsan repatriasiyası könüllü və məcburi olur. Könüllü repatriasiyanın ilk dəfə formallaşmış prinsipi II Dünya Müharibəsinin nəticələrindən biri idi. Bu prinsipə əsasən, repatriasiyanın şərti qayıtmağa qarşı olan dəqiq və yaxşı müəyyənləşdirilmişdir faktorların olmaması idi. Halbuki, II Dünya Müharibəsindən sonra gələn Soyuq müharibə dövründə qayıtma tez-tez qərbin marağlarının üçün (o vaxt qaçqınların böyük hissəsi qərbi ölkəldə məskunlaşırdı) daha uyğun olan başqa həll yollarının xeyrinə kənara qoyulurdu.

Hüquq

Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir.

— İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə. 13-cü maddə, 2-ci bənd.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hüquqi cəhətdən məcburi deyil, halbuki ondan sonra qəbul olunmuş hüquqi cəhətdən məcburi olan beynəlxalq və regional sənədlər bu bəndin təsrinin nəticəsində geri qayıtmaq hüququnu qəbul edib.

Ermənistan, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Filippin, İspaniya, Cənubi Koreya və Türkiyə kimi ölklərin repatriasiya haqqında qanunları var.

Psixologiya

Bosniyadan qaçqın olan iki qrup insanların araşdırması (biri Bosniyaya repatriasiya edən, ikincisi isə Norveçdə qalan) göstərib ki, xronik psixoloji simptomlar hər iki qrupda mövcuddur. Hər iki qrupda vaxt getdikcə simptomların azalması müşahidə edilib.

Başqa bir araşdırmada Kosovodan qaçqın düşənlərin İsveçə gəldiyi zamanı 37%-ə posttravmatik stress pozuntusu (PTSP) diaqnozu qoyulmuşdu. 18 ay sonra isə, Kosovoya qayıdanların 52%-ə, İsveçdə qalanların isə 87%-ə PTSP diaqnozu qoyulmuşdu.

İqtisadiyyat

Bosniya, Əfqanıstan, İraq və Burundi qaçqınlarını və məcburi köçkünlərini araşdıran Patrisia Ueiss Fagen yazdığına görə, qayıtmağa qərar uzunmüddətli iqtisadi dayanıqlığın imkanıdan aslıdır. Bundan əlavə, qayıdanların dolanışığının bərpası təhlükəsizlik və inkişaf strategiyaları ilə bağlıdır.

Nümunələr

  • Aliyah (ivr. ‏‏עלייה‏‎) — yəhudilərin İsrailə göçməsi.
  • Nurlu göçmə (qaz. Нұрлы көш) — oralmanların Qazaxıstana göçməsi haqqında dövlət proqramı.
  • Krım tatarlarının deportasiyasından geri qayıtma.

Qeyri-insan əşyaların repatriasiyası

İnsan qalıqları

Arxeoloji tapıntı olan insan qalıqlarının repatriasiyası hazırda arxeologiya etikasında mübahisəli məsələdir. Bundan başqa, beynəlxalq səyahat və ya müharibə zamanı həlak olanların qalıqlarının repatriasiyası diplomatik işini tələb edə bilər.

Mədəni sərvət

Müharibədə məğlub tərəfinin mədəni sərvətlərinin qənimət şəkildə alınması qədim zamanlardan bəri tətbiq olunurdu. Artıq yüz illər ərzində qaçaqmalçılıq yolu ilə xaricə gətirilən arxeoloji obyektlər muzeylər və kolleksiyaçılar tərəfindən alınırdı.

Mədəni sərvətlərə malik olan və onları orijinal icmalarına qaytarmaq istəyən dövlətlər, irs institutları və fərdlər arasında mübahisə repatriasiya debatı adlanır. Bu debatda sərvətlərin oğurluğu və əldə olunma ilə ixracatı ilə bağlı hüquqi məsələlər qaldırılır.

Həmçinin bax

  • Məcburi yerdəyişmə
  • Geri qayıtmaq hüququ
  • Müharibə cinayətləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Repatriasiya haqqında məlumat. Repatriasiya nədir? Repatriasiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    16 (ədəd)

  • Fevral 27, 2026

    Meğri çayı

  • Fevral 25, 2026

    Rhipidistia

  • Fevral 27, 2026

    Komo

  • Fevral 27, 2026

    Sədayə Mustafayeva

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst