Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sergey Bezuqlı (7 oktyabr 1984) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı, Avropa Çempionatının qalibi.

Sergey Bezuqlı

  • Ana Səhifə
  • Vikipediya
  • Sergey Bezuqlı

Sergey Bezuqlı (7 oktyabr 1984) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı, Avropa Çempionatının qalibi.

Sergey Bezuqlı
Şəxsi məlumatlar
Tam adı Sergey Aleksandroviç Bezuqlı
Vətəndaşlığı Ukrayna Ukrayna →
Azərbaycan Azərbaycan
Doğum tarixi 7 oktyabr 1984 (41 yaş)
Boyu 176 sm.
İdman növü Kanoe sprint
Medallar
Azərbaycan Azərbaycan üçün
Dünya Çempionatı
Bürünc 2009 DartmutC-2 500 m.
Gümüş 2009 DartmutC-2 1000 m.
Gümüş 2010 PoznanC-2 500 m.
Gümüş 2011 SeqedC-2 500 m.
Gümüş 2011 SeqedC-2 1000 m.
Gümüş 2011 SeqedC-1 4x200 m.
Avropa Çempionatı
Bürünc 2009 BrandenburqC-2 500m.
Gümüş 2010 TrazonaC-2 500 m.
Qızıl 2010 TrazonaC-2 1000 m.
Gümüş 2011 BelqradC-2 500 m.
Ukrayna Ukrayna üçün
Dünya Çempionatı
Bürünc 2006 SeqedC-2 1000 m.
Avropa Çempionatı
Gümüş 2008 MilanC-2 1000 m.

Karyerası

Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2006-cı ilin avqustunda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 46.768 saniyə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu.

Daha sonra Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2008-ci ilin mayında İtaliyanın Milan şəhərində baş tutan Avropa Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 40.192 saniyə nəyicə göstərdi və turniri gümüş medalla başa vurdu. Həmin ilin avqustunda Sergey Bezuqlı və Maksim Prokopenko dueti Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. C-2 500 metr turnirinin final mərhələsində 1 dəqiqə 44.156 saniyə nəticə göstərən Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiadanı 8-ci pillədə başa vurdu.

Olimpiadadan sonra Azərbaycan Kanoe Federasiyası bir sıra idmançıları, o cümlədən Sergey Bezuqlı və Maksim Prokopenko duetini Azərbaycan yığmasının heyətinə cəlb etdi.

Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2009-cu ilin iyununda Almaniyanın Brandenburq şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində bürünc medalın sahibi oldu. Həmin ilin avqustunda Kanadanın Dartmut şəhərində baş tutan Dünya Çempionatında isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirini bürünc, C-2 1000 metr turnirini isə gümüş medalla başa vurdu.

2010-cu il də Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün uğurlu oldu. İyunda İspaniyanın Trasone şəhərində baş tutan Avropa Çempionatında Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirində 1 dəqiqə 38.825 saniyə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu. C-2 1000 metr turnirində isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3 dəqiqə 34.115 nəticə göstərdi və Avropa Çempionatının qalibi oldu. Duetin növbəti turniri avqustda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatı oldu. Sergey Bezuqlı və Maksim Prokopenko dueti bu səfər C-2 500 metr turnirində 1 dəqiqə 40.277 saniyə nəticə göstərdi və Dünya Çempionatının gümüş medalına sahib oldu.

Sergey Bezuqlı və Maksim Prokopenko duetinin 2011-ci ilin iyununda Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində gümüş medalın sahibi oldu. Avqustda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatı isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün tarixi uğurla nəticələndi. Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr və C-2 1000 metr turnirində gümüş medalın sahibi oldu. C-1 4x200 metr turnirində isə Andrey Kraytor, Maksim Prokopenko, Sergey Bezuqlı və Valentin Demyanenkodan ibarət olan qrup Dünya Çempionatını gümüş medalla başa vurdu.

Sergey Bezuqlı və Maksim Prokopenko dueti Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiada da avqustun 7-də mübarizə apardı. Təsnifat mərhələsinin "B" qrupunda çıxış edən Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3:38.042 dəqiqə nəticə göstərdi. Qrupu altı duet sırasında birinci pillədə başa vuran duet yarım-final mərhələsində mübarizə aparmadan birbaşa final mərhələsinə vəsiqə qazandı. Final mərhələsi avqustun 28-də baş tutdu. 8 duetin mübarizə apardığı final mərhələsi gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3:36.218 dəqiqə nəticə göstərdi. Bu nəticələ əsasən duet üçüncü pillənin sahibi olan Rusiya nümayəndələrindən cəmi 1.195 saniyə geri qalaraq medalın bir addımlığı turniri başa vurdular.

London Olimpiadasından sonra Maksim Prokopenko idmanla vidalaşsa da, Sergey Bezuqlı beynəlxalq turnirlərdə çıxış eləməyə davam etdi. Bir müddət gənc A. Kupninlə duet olub, beynəlxalq turnirlərdə mübarizə aparan Sergey Bezuqlı 2015-ci ildə idmanla vidalaşdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sergey Bezuqlı haqqında məlumat. Sergey Bezuqlı nədir? Sergey Bezuqlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Üzvi maddələr

  • Fevral 27, 2026

    Tiksi

  • Fevral 27, 2026

    Qrenadin

  • Fevral 27, 2026

    Konfederasiyalar kuboku

  • Fevral 27, 2026

    Heteroseksuallıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst