Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir.

Seqed

  • Ana Səhifə
  • Vikipediya
  • Seqed

Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir.

Şəhər
Seqed
mac. Szeged
Bayraq Gerb
Bayraq Gerb
46°15′18″ şm. e. 20°08′42″ ş. u.HGYO
Ölkə  Macarıstan
Tabesində Çonqrad
Başçı Laslo Botka
Tarixi və coğrafiyası
Əsası qoyulub 1498
İlk məlumat 1183
Sahəsi
  • 28.100 ha
Mərkəzin hündürlüyü 75 m
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 157.282 nəf. (2025)
Rəsmi dili
  • Macar dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 62
Poçt indeksi 6720
Digər
szegedvaros.hu
Xəritəni göstər/gizlə
Seqed xəritədə
Seqed
Seqed
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafi mövqeyi

Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir.

Tarixi

Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi. 1526-cı ildə Osmanlı qoşunlarının hücumuna mərzu qalan şəhər sonradan Osmanlıların Buda əyalətinin məntələrindən biri olmuşdur . Şəhər 1686-cı ilə qədər Osmanlıların tabeliyində qalmışdır. 1919-cu ildə Macar-Rumın müharibəsi nəticəsində şəhər yenidən Macarıstanın tərkibinə qatılmış, 1920-ci ildə şəhərin yəhudi nüfuzu ən yüksək səviyyəsinə çatmışdır. İkinci Dünya müharibəsi illərində Seqed böyük dağıntılara məruz qaldı. 6000 nəfərlik əhalinin içində Yəhudi vətəndaşlar həbs edildi və Nasist düşərgələrində öldürüldü. 1944-cü ildə isə şəhər SSRİ ordusu tərəfindən işğal edildi. Kommunist işğalı altındakı Seqed şəhəri o dövrdə yüngül sənaye və qida sənayesi sahəsində Macarıstanın əsas şəhərlərindən birinə çevrilmişdi. Təkcə Seqed ölkənin petrol ehtiyacının 67%-i qarşılayırdı. 1962-ci ildə şəhər Çonqrad əyalətinin tabeliyinə verildi. Günümüzdə də ölkənin turizm və təhsil cəhətdən tez-tez ziyarət edilən yerlərindən biridir.

Turizmi

Seqed şəhəri turizm cəhətdən Macarıstanın ən əhəmiyyətli şəhərlərindən biridir. Şəhərin populyar tursit məkanlarına "Mura Ferens" muzeyini, Seqed sinaqoqunu, "Pik Salami və Seqed Paprika" muzeyini, açıq hava teatrlarını misal göstərmək olar. "Mura Ferens" muzeyi 1896-cı ildə istifadəyə verilmişdir. Burada müxtəlif arxeoqrafik, etnoqrafik, tarixi və təbiət elmləri sahəsində edilən araşdırmalar nəticəsində əldə edilmiş eksponatlarla yanaşı, Mura Ferensin xatirə otağı da vardır. Seqed sinaqoqu- 1907-ci ildə yəhudi əsilli macar memar Liput Baumhorn tərəfindən yaradılan sinaqoq modernizmin ən bənzərsiz nümunələrindən biridir.

Təhsili

Şəhərdə 62 baxça, 32 ibtidai məktəb, 18 orta məktəb fəaliyyət göstərir. Seqed şəhəri Macarıstanın cənubunda ən əhəmiyyətli təhsil mərkəzlərindən biridir. 1581-ci ildə inşa edilən Seqed Universiteti tələbələrin sayına görə Macarıstanda 2-ci böyük universitetdir. Akademik göstəricilərinə görə isə Avropanın 100 əsas universitetləri sırasına daxildir.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seqed haqqında məlumat. Seqed nədir? Seqed nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Damar sistemi

  • Fevral 23, 2026

    Lüteran

  • Fevral 25, 2026

    Titul

  • Fevral 25, 2026

    Badğis vilayəti

  • Fevral 23, 2026

    Maldiv dili

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst