III Qordian (lat. Marcus Antonius Gordianus; 20 yanvar 225, Roma – 11 fevral 244) — Roma imperatoru. O və ondan əvvəlki Qordianların dövrü "Üçüncü əsr böhranı"nın izlərini daşısa da, əslində I Maksiminin anormal hakimiyyətindən sonra Sever sülaləsinin idarəçiliyinə qayıdış kimi qiymətləndirilir.
| III Qordian | |
|---|---|
| lat. Marcus Antonius Gordianus | |
| |
| 22 aprel 238 – 11 fevral 244 | |
| Əvvəlki | Pupien Balbin |
| Sonrakı | Ərəb Filip |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 20 yanvar 225 |
| Doğum yeri | |
| Vəfat tarixi | 11 fevral 244 (19 yaşında) |
| Fəaliyyəti | siyasətçi |
| Atası | II Qordian |
| Dini | Qədim Romada din |
Bioqrafiyası
238-ci ildə birgə imperatorlar I Qordian ilə II Qordian öldükdən sonra Roma taxtına iki qoca senator birgə yiyələndilər. Bunlar Balbin ilə Pupien idi. Lakin romalılar və pretorianlar onlara etimad etmir, 13 yaşlı Qordianın (I Qordianın qız nəvəsi, II Qordianın qardaşı oğlu) sezar və taxtın varisi elan edilməsini tələb edirdilər.
I Maksimin öz ordusu tərəfindən qətlə yetirilməsindən sonra qiyam qaldıran pretorianlar Balbin ilə Pupieni qətlə yetirərək 238-ci ilin may ayında gənc Qordianı imperator elan etdilər.
III Qordian gənc olduğundan idarəçiliyi əvvəl anası, sonra isə qaynatası, pretorian prefekti olan Timesifey həyata keçirdi. 242-ci ildə III Qordian Timesifeylə birlikdə Sasanilərə qarşı hərbi yürüşə çıxdı. Bir sıra uğurlardan sonra Timesifey 243-cü ildə xəstəlikdən öldü. Onun yerinə Ərəb Filip gətirildi. 244-cü ilin yazında III Qordian qiyam qaldırmış legionerlər tərəfindən öldürüldü (və ya döyüşdə aldığı yaralardan öldü). Qalıqları Romaya aparıldı və o, Senat tərəfindən tanrı elan edildi. Onun yerinə isə Ərəb Filip keçdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, III Qordian haqqında məlumat. III Qordian nədir? III Qordian nə deməkdir?
