Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüqar Mürsəlov (10 mart 1963, Prişib, Astraxanbazar rayonu – 9 iyun 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəh

Vüqar Mürsəlov

  • Ana Səhifə
  • Vikipediya
  • Vüqar Mürsəlov

Vüqar Mürsəlov (10 mart 1963, Prişib, Astraxanbazar rayonu – 9 iyun 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Mürsəlov Vüqar
Mürsəlov Vüqar Mirəzbər oğlu
Doğum tarixi 10 mart 1963
Doğum yeri Göytəpə, Cəlilabad rayonu, Azərbaycan SSR
Vəfat tarixi 9 iyun 1992 (29 yaşında)
Vəfat yeri
  • Cəmilli, Tərtər rayonu, Azərbaycan
Dəfn yeri
  • Şəhidlər Xiyabanı
Milliyyəti azərbaycanlı
Dini müsəlman
Mükafatları "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

Mürsəlov Vüqar Mirəzbər oğlu 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində dünyaya gəlmişdir. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq oranı əla qiymətlərlə başa vurur. Hərbi xidmətini Belorusiyanın Brest şəhərində keçirir və qvardiya baş çavuşu, tankçı adları ilə ordudan tərxis olunur.

Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtitsası üzrə əmək fəaliyyətinə başlayır. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir və torpaqlarımızın müdafiəsinə qalxır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə ölüm — dirim mübarizəsinə qalxır.

Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə vuruşmuş və qəhrəmanlıqla həlak olmuşdur.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Subay idi.

Mükafatları

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.

Həmçinin bax

  • Şəhidlər Xiyabanında dəfn olunanlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vüqar Mürsəlov haqqında məlumat. Vüqar Mürsəlov nədir? Vüqar Mürsəlov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rəhbər

  • Fevral 27, 2026

    Malacostraca

  • Fevral 27, 2026

    Əsədulla Axundov

  • Fevral 27, 2026

    Pənahi Makulu

  • Fevral 27, 2026

    Ət qutabı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst