I Filip (lat. Marcus Julius Philippus) və ya Ərəb Filip (ərəb. فيليب العربي; təq. 204 – 249, sentyabr 249 və ya oktyabr 249, Verona, İtaliya[d], Roma imperiyası) — ərəb əsilli Roma imperatoru. Onun hakimiyyəti "Üçüncü əsr böhranı" dövrünə təsadüf edir. Bu dövr barbarlara basqınlar və daxili iğtişaşlarla yadda qalıb.
| Ərəb Filip | |
|---|---|
| lat. Marcus Iulius Philippus | |
| |
| fevral 244 – sentyabr 249 | |
| Əvvəlki | III Qordian |
| Sonrakı | Desi |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | təq. 204 |
| Vəfat tarixi | 249 (44–45 yaşında), sentyabr 249 (44–45 yaşında) və ya oktyabr 249 (44–45 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | siyasətçi |
| Dini | Qədim Romada din |
Bioqrafiyası
Şəhbədə (indiki Suriya) dünyaya gəlib. O, ərəb əsilli zadəgan ailəsinə mənsubdur. İmperator olmazdan əvvəl pretorian prefekti olub. III Qordianın ölümündən sonra 244-cü ildə imperator olub. İmperator olduqda Sasanilərlə sülh imzaladı və Dunay sahilindəki qotlarla hərbi kampaniyalar apardı. 248-ci ildə Roma şəhərinin 1000 illiyinin ildönümünü qeyd etmək üçün Romaya qayıtdı və bu ildönümünü təntənəli şəkildə qeyd eydi. 248-ci ildə qotlara qarşı Filip tərəfindən göndərilən general Desi ordu içində populyarlaşdı və legionerlər onu imperator elan etdilər. 249-cu ildə Filip və Desi qoşunları Verona yaxınlığında döyüşdü. Bu döyüşdə Filip məğlub oldu və öldü.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərəb Filip haqqında məlumat. Ərəb Filip nədir? Ərəb Filip nə deməkdir?
