Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avoqadro sabiti (Avoqadro ədədi) — fiziki kəmiyyət olaraq maddə miqdarı bir mol olan maddədə struktur vahidlərin (atom, molekul, ion və ya digər zərrəciklərin)

Avoqadro sabiti

  • Ana Səhifə
  • Vikipediya
  • Avoqadro sabiti

Avoqadro sabiti (Avoqadro ədədi) — fiziki kəmiyyət olaraq maddə miqdarı bir mol olan maddədə struktur vahidlərin (atom, molekul, ion və ya digər zərrəciklərin) sayını göstərir. Avoqadro sabiti təmiz 12C izotopundan ibarət 0.012 k q {\displaystyle 0.012\,\mathrm {kq} } {\displaystyle 0.012\,\mathrm {kq} } karbondakı atomların sayı ilə təyin olunur və adətən NA, bəzən isə L kimi işarə edirlər. Yuxarıdakı tərifdən istifadə edib Avoqadro sabitini karbonun 12C izotopunun m 0 12 C {\displaystyle m_{0{^{12}\mathrm {C} }}} {\displaystyle m_{0{^{12}\mathrm {C} }}} kütləsi ilə ifadəsini yazmaq olar:

N A = 0.012 k q ⋅ m o l − 1 m 0 12 C {\displaystyle N_{\mathrm {A} }={\frac {0.012\,\mathrm {kq} {\cdot }\mathrm {mol} ^{-1}}{m_{0{^{12}\mathrm {C} }}}}} {\displaystyle N_{\mathrm {A} }={\frac {0.012\,\mathrm {kq} {\cdot }\mathrm {mol} ^{-1}}{m_{0{^{12}\mathrm {C} }}}}}
BS-də Avoqadro sabitinin vahidi       m o l   − 1     {\displaystyle \mathrm {mol} ^{-1}}  {\displaystyle \mathrm {mol} ^{-1}} kimidir     (   [  N   A    ]  =   1  m o l     )    {\displaystyle \left(\left[N_{\mathrm {A} }\right]={\frac {1}{\mathrm {mol} }}\right)}  {\displaystyle \left(\left[N_{\mathrm {A} }\right]={\frac {1}{\mathrm {mol} }}\right)}.

Avoqadro ədədinin 2014-cü ildə CODATA tərəfindən tövsiyə olunan qiyməti aşağıdakı kimidir :

N A = 6.022140857 ( 74 ) ⋅ 10 23 mol − 1 {\displaystyle N_{\text{A}}=6.022140857(74){\cdot }10^{23}\,{\text{mol}}^{-1}} {\displaystyle N_{\text{A}}=6.022140857(74){\cdot }10^{23}\,{\text{mol}}^{-1}} .

Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. Avoqadro sabiti fundamental fiziki sabitlərdən biridir və bir çox digər fiziki sabitlərin (Boltsman sabiti, Faradey sabiti və s.) təyin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Avoqadro sabitinin təyin olunmasının bir-brindən asılı olmayan müxtəlif üsulları mövcuddur. Bu kəmiyyətin təyin olunmasının ən yaxşı eksperimental üsulu mollarının sayı məlum olan mürəkkəb maddənin elektrolitik ayrılması üçün lazım olan elektrik yükünün ölçülməsi və elektronun yükünün ölçülməsinə əsaslanır.

Elmdə ümumi rolu

Avoqadro sabiti təbiətdə müşahidə olunan makroskopik və mikroskopik (atomik miqyasda) hadisələr arasında miqyas faktorudur. Beləliklə, bu sabit digər fiziki sabitlər arasında qarşılıqlı əlaqəni təmin edir. Məsələn, Avoqadro sabiti R {\displaystyle R} {\displaystyle R} universal qaz sabiti ilə k B {\displaystyle k_{\text{B}}} {\displaystyle k_{\text{B}}} Bolsman sabiti arasında aşağıdakı əlaqə yaradır:

R = k B N A = 8.3144598 ( 48 ) C m o l ⋅ K {\displaystyle R=k_{\mathrm {B} }N_{\text{A}}=8.3144598(48)\,{\frac {\mathrm {C} }{\mathrm {mol} {\cdot }\mathrm {K} }}} {\displaystyle R=k_{\mathrm {B} }N_{\text{A}}=8.3144598(48)\,{\frac {\mathrm {C} }{\mathrm {mol} {\cdot }\mathrm {K} }}}

Digər nümunə kimi Avoqadro sabitinin F Faradey sabiti ilə e elementar yük arasında yaratdığı əlaqəni də göstərmək olar:

F = N A e = 96485.33289 ( 59 ) K m o l {\displaystyle F=N_{\mathrm {A} }e=96485.33289(59)\,{\frac {\mathrm {K} }{\mathrm {mol} }}} {\displaystyle F=N_{\mathrm {A} }e=96485.33289(59)\,{\frac {\mathrm {K} }{\mathrm {mol} }}}

Avoqadro sabiti həmçinin atom kütlə vahidini (a.k.v.) BS-də kütlə vahidi olan kiloqramla əlaqələndirir:

1   a.k.v. = 10 − 3 k q ⋅ m o l − 1 N A = 1.660539040 ( 20 ) ⋅ 10 − 27 k q {\displaystyle 1\ {\text{a.k.v.}}={\frac {10^{-3}\,\mathrm {kq} {\cdot }\mathrm {mol} ^{-1}}{N_{\mathrm {A} }}}=1.660539040(20){\cdot }10^{-27}\mathrm {kq} } {\displaystyle 1\ {\text{a.k.v.}}={\frac {10^{-3}\,\mathrm {kq} {\cdot }\mathrm {mol} ^{-1}}{N_{\mathrm {A} }}}=1.660539040(20){\cdot }10^{-27}\mathrm {kq} }

İstinad

  1. Авогадро әдәди // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 42.
  2. "CODATA Value: Avogadro constant". 29 iyun 2015 tarixində . İstifadə tarixi: 25 aprel 2018.

Ədəbiyyat

  • http://femto.com.ua/articles/part_1/0018.html
  • http://www.xumuk.ru/encyklopedia/11.html

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avoqadro sabiti haqqında məlumat. Avoqadro sabiti nədir? Avoqadro sabiti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Tezxarab

  • Mart 01, 2026

    Pyer Buagilber

  • Mart 01, 2026

    Gillette

  • Fevral 27, 2026

    Literaturnıy Azerbaydjan

  • Fevral 27, 2026

    Mezzo-soprano

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst