Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pyer Buagilber (fr. Pierre Boisguilbert; 17 fevral 1646, Ruan – 10 oktyabr 1714, Ruan) — Fansız iqtisadçısı, klassik iqtisad elminin yaradıcılarından biri.

Pyer Buagilber

  • Ana Səhifə
  • Vikipediya
  • Pyer Buagilber

Pyer Buagilber (fr. Pierre Boisguilbert; 17 fevral 1646, Ruan – 10 oktyabr 1714, Ruan) — Fansız iqtisadçısı, klassik iqtisad elminin yaradıcılarından biri.

Pyer Buagilber
fr. Pierre Le Pesant de Boisguilbert
Doğum tarixi 17 fevral 1646(1646-02-17)
Doğum yeri
  • Ruan
Vəfat tarixi 10 oktyabr 1714(1714-10-10) (68 yaşında)
Vəfat yeri
  • Ruan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Buagilber Fransada əmək-dəyər nəzəriyyəsinin banisi olmuşdur. O, bazar qiymətlərinin arxasında "həqiqi qiymət" axtarmışdır. bu qiymətin kəmiyyətinin əmək məsrəfi ilə müəyyən olunduğunu müəyyən etmişdir. O göstərir ki, iqtisadiyyat əmtəələrin öz həqiqi qiymətini tapa bildiyi azad rəqabət şəraitində daha yaxşı inkişaf edir. O, azad rəqabətin əsasında yaranan "həqiqi qiyməti" iqtisadi müvazinətin və inkişafın ən zəruri şərti hesab etmişdir. Onun dəyər qanununun iqtisadi tarazlığın ifadəsi kimi başa düşülməsi fikri o dövr üçün olduqca yeni və cəsarətli idi. Buagilberin baxışlarına o dövrdə Fransada yaşanan iqtisadi və sosial bərabərsizliklər güclü təsir etmişdir. Bu dövrdə dörddə üç hissəsi kəndlilərdən ibarət olan Fransanın əhalisi yoxsulluq şəraitində yaşayırdı, feodal sistemi öz əhəmiyyətini saxlayırdı, kapitalist münasibətləri ləng inkişaf edirdi, sənaye sahibkarlığı zəif idi, istehsalın, xüsusilə də kənd təsərrüfatının inkişafı üçün stimul yox idi. Buna görə də Buagilber öz baxışlarını kəndə yönəltmiş, kənd təsərrüfatının inkişafına, sənayeyə və ticarətə nisbətən üstünlük vermişdir, iqtisadi inkişafın və sərvətin artımının əsasında onu görmüşdür. O, yoxsul kəndlilərin mənafeyini müdafiə etdiyi üçün Karl Marks yazmışdır ki, "Buagilber … ağıl və cəsarətlə məzlum siniflərə tərfdar çıxır. " Buagilberin siyasi baxışları Fransanın idarə olunduğu üsula və bu dövrdə Fransada həyata keçirilən iqtisadi siyasətə qarşı yönəlmişdir. O göstərmişdir ki, "Fransanın idarə olunduğu üsul əgər dayandırılmasa, onu fəlakətə aparacaqdır. Mən yalnız bütün tacirlərin və əkinçilərin dediklərini deyirəm". Ticarət azadlığının və dövlətin iqtisadiyyata qarışmaması ideyasını ifadə edən klassik iqtisad elminin "laisser faire" ideyası Buagilberin "fəaliyyət göstərməyi yalnız təbiətin sərəncamına vermək lazımdır"- deməsiylə dəqiq şəkildə ifadə etmiş olmuşdur. O, dövlətin iqtisadi funksiyasını dolayı metodlarla-vergi siyasəti vasitəsilə iqtisadiyyata müdaxilə etməsində, tələb və təklifin səviyyəsinə təsir göstərməsində görmüşdür.

Əsərləri

  • XVI Lüdovik krallığı dövründə Fransa haqqında təfsilat
  • Fransanın günahlandırılması
  • Fransanın pərakəndə ticarəti
  • Sərvətin, pulun və verginin təbiəti haqqında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pyer Buagilber haqqında məlumat. Pyer Buagilber nədir? Pyer Buagilber nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Serj Gensbur

  • Mart 01, 2026

    Hacıqara

  • Fevral 27, 2026

    1084-cü il

  • Fevral 27, 2026

    Göy qurşağı

  • Mart 01, 2026

    Mahatma

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst