Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Afrikada heykəltaraşlıq — Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma

Afrikada heykəltəraşlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Afrikada heykəltəraşlıq

Afrikada heykəltaraşlıq — Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir.

Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.

Qərbi Afrikada tuncdan (İfe, İqbo-Ukvu, qədim Benin) və qızıldan tökmə nümunələr, fil dişi üzərində oyma yüksək inkişaf etmişdir. Afrikanın ənənəvi monumental memarlığı yaşayış evlərinin tikintisi ilə sıx bağlı olmuşdur Cənubi Afrikada gilmöhrə evlərin daxili və xarici divar rəsmləri, yaxud relyeflər, çini tavacıqlarla bəzədilmişdir. Qərbi Afrika şəhərləri üçün bir neçə otaqlı, həyəti olan hökmdar sarayları xarakterik idi.

Sudandakı ən qədim gilmöhrə məscidlər düzbucaqlı və ya kəsik piramida formasındadır. Orta əsrlərdən başlayaraq Sudan incəsənəti ərəb-müsəlman incəsənətinin təsirinə məruz qalmışdır. Efiopiyada Bizans və Avropa təsiri nəticəsində xristian boyakarlıq məktəbi formalaşmışdır. 15 əsrdən Avropa təsiri Tropik Afrika incəsənətində də özünü büruzə verir. 20 əsrdə xalq ənənələri əsasında yeni Afrika dövlətlərinin milli incəsənəti formalaşmağa başlamışdır. Peşəkar incəsənət, yerli bədii məktəblər (Konqo Demokratik Respublikasında yaranmışdır.

  • Nok mədəniyyətinə aid heykəl. (6-cı əsr)
    Nok mədəniyyətinə aid heykəl. (6-cı əsr)
  • XII-XIV əsr heykəli.
    XII-XIV əsr heykəli.
  • Yoruba xalqının mədəniyyətinə aid olan brünc heykəl. Nigeriya
    Yoruba xalqının mədəniyyətinə aid olan brünc heykəl. Nigeriya
  • Kraliça Ana heykəli, XVI əsr (Benin)
    Kraliça Ana heykəli, XVI əsr (Benin)
  • Yombe heykəli, XIX əsr.
    Yombe heykəli, XIX əsr.
  • XVI əsr fil sümüyündən maska. (Benin)
    XVI əsr fil sümüyündən maska. (Benin)
  • Brünc maska, XVI-XVII əsrlər. (Nigeriya)
    Brünc maska, XVI-XVII əsrlər. (Nigeriya)
  • XIX əsr maskası. Burkina-Faso,
    XIX əsr maskası. Burkina-Faso,
  • Mambila fiquru. (Nigeriya)
    Mambila fiquru. (Nigeriya)
  • Vaqa heykəli. (Efiopiya)
    Vaqa heykəli. (Efiopiya)
  • Mahafali, məzarüstü fiqur. Bruklin müzeyi
    Mahafali, məzarüstü fiqur. Bruklin müzeyi
  • Mende, qadın fiquru.Bruklin müzeyi
    Mende, qadın fiquru.Bruklin müzeyi

Həmçinin bax

  • Afrika musiqisi
  • Afrika rəqsləri
  • Afrika mədəniyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Afrikada heykəltəraşlıq haqqında məlumat. Afrikada heykəltəraşlıq nədir? Afrikada heykəltəraşlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rüriklər sülaləsi

  • Fevral 27, 2026

    Sacilər dövləti

  • Mart 01, 2026

    Vernike xəstəliyi

  • Mart 01, 2026

    Cəfər Kaşif

  • Fevral 27, 2026

    Cərrahilik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst