Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qvineya — Qərbi Afrikada dövlət. Şimalda Seneqal, şimal və şimal-şərqdə Mali, şərqdə Kot-d-İvuar, cənubda Liberiya, cənub-qərbdə Syerra-Leona, şimal-qərbdə Qvin

Qvineya

  • Ana Səhifə
  • Vikipediya
  • Qvineya

Qvineya — Qərbi Afrikada dövlət. Şimalda Seneqal, şimal və şimal-şərqdə Mali, şərqdə Kot-d-İvuar, cənubda Liberiya, cənub-qərbdə Syerra-Leona, şimal-qərbdə Qvineya-Bisau dövlətləri ilə həmsərhəddir. Qərbdə Qvineya sahillərini Atlantik okeanın suları yuyur.

Qvineya Respublikası
fr. République de Guinée
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Travail, Justice, Solidarité"
azərb. "İş, Ədalət, Həmrəylik"‎
Himn: Liberté azərb. Azadlıq‎
Tarixi
 • Müstəqillik 2 Oktyabr 1958
Rəsmi dili fransız dili
Etnik qrupları 40.3% Fule
25.8% Mandinka
11.0% Susu
6.5% Kissi
4.8% Kpelle
11.6% Digərləri
Paytaxt Konakri
9°31′ şm. e. 13°42′ q. u.HGYO
İdarəetmə forması Prezident respublikasıdır
Prezident Mamadi Dumbuya
Baş nazir Bah Oury
Sahəsi Dünyada 78-ci
 • Ümumi 245,836 km²
Əhalisi
 • Əhali (2009) 10,057,975 nəfər (81-ci)
 • Siyahıyaalma (2014) 10,628,972 nəf.
 • Sıxlıq 106.1 nəf./km² (164-cü)
ÜDM (AQP)
 • Ümumi (2011) 11.46 milyard ABŞ dolları dollar
 • Adambaşına 1,082 dollar
ÜDM (nominal)
 • Ümumi (2011) 5.212 milyard ABŞ dolları  dollar
Valyuta Qvineya frankı (GNF)
İnternet domeni .gn
ISO kodu GN
Telefon kodu 224
Saat qurşaqları
  • UTC±0
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Müstəmləkə dövrünə qədər

Qvineyanın qədim tarixi öyrənilməmişdir. Mülahizələrə görə Qvineya sahilləri Finikiya dənizçiləri tərəfindən qeydə alınmışdır. Orta əsrlərdə müasir Qvineya ərazisinin bir hissəsi VIII–IX əsrlərdə mövcud olmuş Qana, XIII–XV əsrlərdə mövcud olmuş Mali imperiyalarının tərkibinə daxil olmuşdur. Həmin dövrlərdə Qvineya ərazisində müxtəlif tayfalar, o cümlədən çoxsaylı mandinka, dyalonke, susu tayfaları tərəfindən məskunlaşmışlar.

XVI əsrdə Futa-Callon düzənliyində köçəri maldar tayfalarından olan fulbelər tərəfindən məskunlaşdırıldı. 1720-ci illərdə islam dinini qəbul edən fulbelərin yuxarı təbəsi dyalonkelərə və bütpərəst fulbelərə qarşı müharibəyə başladılar. Bu müharibə 1770-ci illərin sonlarında başa çatdı, nəticədə fulbelərin erkən dövləti olan Futa-Callon dövləti yarandı.

XIX əsrdə fransızlar Qvineyaya soxuldular. Onlar yerli sakinlərlə ticarət münasibətlərini təşkil etməyə cəhd göstərsələr də, bu Avropa tacirlərinin məhv edilməsi ilə nəticələndi. Fransa 1865-ci ildən tacirləri müdafiə etmək üçün Qvineyanın cənubunda liman tikməyə və burada öz mövqelərini möhkəmləndirməyə başladılar. Fransızlar yerli tayfaların başçıları ilə hücum etməmək haqqında müqavilə bağlamağa çalışırdılar.

Müstəmləkə dövrü

1897-ci ildə Fransa Futa-Callon hökuməti ilə protektoratlıq haqqında müqavilə imzalandı. 1898–1904-cü illərdə təxminən müasir Qvineya ərazisində fransız müstəmləkəsi olan River dyu Syud mövcud olmuşdur. 1904-cü ildə Fransa Qvineyası fransız Qərbi Afrika federasiyasının tərkibinə daxil oldu. Birinci dünya müharibəsindən sonra fransızlar Qvineyada banan, ananas, kofe plantasiyaları yaratmağa başladılar, lakin burada plantasiya təsərrüfatı geniş inkişaf etmədi. Qvineyada sənaye zəif inkişaf edirdi, yalnız ikinci dünya müharibəsindən sonra burada ilk dağ-mədən sənayesi üzrə müəssisələr yaradıldı.

Əhalisi

Qvineya Respublikasında əhalinin sayı 10,6 mln. nəfərdir (2014). Əhalinin illik artımı 2,6 %-dir. Orta ömür müddəti kişilər arasında 56 il, qadınlar arasında 59 ildir. Əhalinin etnik tərkibi: fulbelər-40 %, mandinkalar-30 %, susular-20 %, digərləri-19 %-dir. Əhalinin 85 %-i islam dininin sünni məzhəbinə, 8 %-ə yaxını xristian (Onların əksəriyyəti katolikdir) dininə, 7 %-ə yaxını aborigen ayinlərinə etiqad edir. Əhali arasında yevangelistlər, plimut qardaşları ayinlərinə etiqad edənlər də vardır. Əhalinin savadlılığı kişilər arasında 42 %, qadınlar arasında 18 %-dir (2003). Şəhər əhalisi −34%-dir.(2008).

Həmçinin bax

  • Qvineya konstitusiya referendumu (2001)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qvineya haqqında məlumat. Qvineya nədir? Qvineya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    29 may

  • Fevral 23, 2026

    Polis şiddəti

  • Fevral 23, 2026

    Pax Romana

  • Fevral 15, 2026

    Quadalaxara

  • Fevral 24, 2026

    14 mart

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst