Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vera Ellen Vonq (çin. 王薇薇; 27 iyun 1949, Nyu-York, Nyu-York ştatı) – əslən çinli olan ABŞ dəb dizayneri. Gəlinlik libasları və fiqurlu konkisürənlər üçün kostyu

Vera Vonq

  • Ana Səhifə
  • Vikipediya
  • Vera Vonq

Vera Ellen Vonq (çin. 王薇薇; 27 iyun 1949, Nyu-York, Nyu-York ştatı) – əslən çinli olan ABŞ dəb dizayneri. Gəlinlik libasları və fiqurlu konkisürənlər üçün kostyumlar dizayn etməsi ilə məşhurdur. Bir çox məşhur qadın üçün paltar dizayn etmişdir.

Vera Vonq
çin. 王薇薇
Doğum tarixi 27 iyun 1949(1949-06-27) (76 yaş)
Doğum yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ
Uşağı 2
Təhsili
  • Sorbonne Paris Universiteti,
  • Sara Laurensi kolleci[d]
Fəaliyyəti dizayner, fiqurlu konkisürən, dəb dizayneri, biznes ledi
Fəaliyyət illəri 1989-cu ildən
verawang.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illəri

Vera Ellen Vonq 27 iyun 1949-cu ildə Nyu-York şəhərində doğulmuşdur. Valideynləri Çində doğulmuş, lakin 1940-cı illərdə ABŞ-yə miqrasiya etmişdilər. Anası Florens Vu (U Çifan) BMT üçün tərcüməçi kimi fəaliyyət göstərmişdir. Atası Çen Çin Vonq (Van Çentsin) isə Yanszı Universitetinin və Massaçusets Texnologiya İnstitutunun məzunu olmuş, öz dərman şirkətinə sahib olmuşdur. Ana tərəfdən olan babası Fentyan klikasının generalı olan Vu Cunşen idi və 1928-ci ildə Yaponiya imperiyası tərəfindən öldürülmüşdür. Vonqun Kennet adında bir qardaşı var.

Vonq Frends seminariyasına qatılmış və 1967-ci ildə Çapin məktəbindən məzun olmuşdur. Daha sonra Paris Universitetinə qəbul olmuş, Sara Lourens kollecində incəsənət tarixi üzrə elmi dərəcə əldə etmişdir. Vonq 8 yaşında ikən fiqurlu konkisürmə ilə məşğul olmağa başlamışdır. 1968-ci ildə ABŞ Fiqurlu Konkisürmə Çempionatına qatılmışdır. 1968-ci ildə "Faces in the Crowd" jurnalında görünmüşdür. ABŞ-nin Olimpiya komandasına qəbul ola bilmədiyi üçün dəb sənayesinə daxil olmağa qərar vermişdir. Vonq hələ də konkisürmə ilə məşğul olur.

Karyerası

Vonq Sara Lourens kollecindən sonra "Vogue" jurnalının redaktoru seçilmiş və jurnaldakı ən gənc redaktor olmuşdur. 17 il boyunca jurnal üçün işləmiş, 1978-ci ildə jurnaldan ayrılaraq Ralf Lourenlə işləməyə başlamışdır. Onun üçün 2 il işlədikdən sonra müstəqil gəlinlik dizayneri olmaq qərarına gəlmişdir.

Vonq bir çox məşhur şəxs üçün toy paltarı dizayn etmişdir: Heyli Uilyams, Ariana Qrande, Çelsi Klinton, Karenna Qor, İvanka Tramp, Kempbell Braun, Alisiya Keys, Meraya Keri, Viktoriya Bekhem, Sara Mişel Qellar, Avril Lavin, Hilari Daff, Xloi Kardaşyan, Kim Kardaşyan. Vonqun dizayn etdiyi axşam paltarı Mişel Obama tərəfindən geyinilmişdir.

2014-cü ildə Nyu-York Dəb Həftəsi üçün təqdim etdiyi işlər.

Vonq bir çox fiqurlu konkisürən üçün kostyumlar hazırlamışdır: Nensi Kerriqan, Mişel Kvan, Evan Laysaçek, Neytan Çen. Kerriqan 1992 və 1994-cü il Qış Olimpiya Oyunlarında, Kvan 1998 və 2002-ci il Qış Olimpiya Oyunlarında, Laysaçek 2010-cu il Qış Olimpiya Oyunlarında və Çen 2018-ci il Qış Olimpiya Oyunlarında onun dizayn etdiyi kostyumu geymişdir. Fiqurlu konkisürmə idmanına verdiyi töhfələrə görə 2009-cu ildə ABŞ Fiqurlu Konkisürmə üzrə Şöhrət Zalına daxil olmuşdur. Filadelfiya İqls çirliderləri üçün uniformalar dizayn etmişdir.

23 oktyabr 2001-ci ildə "Vera Vonq toylarda" adlı kitabı nəşr olunmuşdur. 2005-ci ilin iyununda Amerika Dəb Dizaynerləri Şurası tərəfindən verilən İlin qadın geyimi dizayneri mükafatına layiq görülmüşdür. 27 mart 2006-cı ildə Savanna İncəsənət və Dizayn Kollecinin mükafatı ilə təltif olunmuşdur.

Vonqun bir çox axşam geyimi məşhurlar tərəfindən qırmızı xalça mərasimlərində istifadə olunmuşdur: Viola Devis 2021-ci ildəki Oskar mərasimi, Sofiya Verqara isə 65-ci Emmi mükafatı mərasimində Vonqun dizayn etdiyi libası geyinmişdir.

2013-cü ildə Amerika Dəb Dizaynerləri Şurasının Həyat Yolu Uğuru Mükafatına layiq görülmüşdür.

2018-ci ildə "Forbes" jurnalının "Amerikanın öz imkanları ilə ən varlı olan qadınlar" siyahısında 34-cü yeri tutmuş, illik gəliri 630 milyon dollar olaraq göstərilmişdir.

Satışlar

1990-cı ildə Nyu-Yorkda yerləşən Karlayl hotelidə öz dizayn salonunu açmışdır. Salonda onun əsas gəlinlik libaslarının satışı üçün nəzərdə tutulub. Daha sonra Nyu-York, London, Tokio və Sidneydə yeni gəlinlik butikləri açaraq brendini böyütmüş, zinət əşyaları, kosmetika, ayaqqabı kolleksiyaları satmağa başlamışdır.

11 fevral 2011-ci ildə "David's Bridal" mağazasında "Vera Vonqun ağı" adlı gəlinlik seriyası satışa çıxarılmışdır. 2002-ci ildə Vonq ev dəbi sənayesinə daxil olmuş və "Vera Vonq Çini və Kristal Kolleksiyası"nı yaratmışdır. 2007-ci ildə isə "Sadə Vera" adlı qarışıq kolleksiyanı yaratmışdır.

2012-ci ilin yazında "Men's Wearhouse" ilə əməkdaşlıq edərək iki taksedo stili təklif etməyə başlamışdır. Asiyada ilk baş mağazasını 2012-ci ilin iyununda Cənubi Koreyanın Seul şəhərində açmışdır.

Şəxsi həyatı

1989-cu ilin iyununda Artur Bekker adlı biznesmenlə evlənmişdir. İki qızı övladlığa götürüblər. 2012-ci ilin iyununda cütlük ayrıldığını açıqlamışdır.

Filmoqrafiya

Filmlər

  • Birinci qız (2004), özünü.
  • Sentyabr məsələsi (2009), özünü.

Televiziya

  • Dedi-qoduçu qız (2012), özünü.
  • Kardaşyanlarla ayaqlaşmaq (2011), özünü.
  • Çelsi Gec (2011), özünü.
  • Məşhurluq şagirdi (2008), özünü.
  • Çirkin Betti (2007), özünü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vera Vonq haqqında məlumat. Vera Vonq nədir? Vera Vonq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Triticeae

  • Fevral 27, 2026

    Qızdırma

  • Fevral 27, 2026

    Aran (Lerik)

  • Fevral 27, 2026

    Arxilox

  • Fevral 24, 2026

    Pol Rusesabacina

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst