Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dimdim döyüşü — Səfəvi imperiyası ilə Osmanlı imperiyasının sünni kürdləri arasında 1609–1610-cu illərdə baş vermiş döyüş nəzərdə tutulur.

Dimdim döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Dimdim döyüşü

Dimdim döyüşü — Səfəvi imperiyası ilə Osmanlı imperiyasının sünni kürdləri arasında 1609–1610-cu illərdə baş vermiş döyüş nəzərdə tutulur.

Dimdim döyüşü və ya Dimdim mühasirəsi
Səfəvi-Osmanlı müharibəsi (1603-1618)
Dimdim qalasının yerləşdiyi ərazi
Dimdim qalasının yerləşdiyi ərazi
Tarix 1609-cu ilin noyabrından 1610-cu ilin yayına qədər
Yeri Dimdim qalası, Dimdim dağları, İran
Səbəbi Kürd tayfalarının üsyanı
Nəticəsi Səfəvi dövlətinin qəti qələbəsi
Münaqişə tərəfləri

Səfəvilər dövləti

Kürd üsyançı tayfaları

Komandan(lar)

I Şah Abbas
Hatəm bəy Ordubadi

Əmir xan Lepzerin

Tərəflərin qüvvəsi

35.000

10.000

    Mündəricat

    Yer

    Döyüş İranın şimal-qərbində, Urmiya gölünün ətrafındakı Bradost bölgəsindəki İslamdan əvvəlki dövrə aid Dimdim qalasında baş vermişdir. Əmir xan Lepzerin tərəfindən yenidən ucaldılan qala sonda Səfəvi qoşunu tərəfindən ələ keçirildi. Sonradan isə Osmanlı valisinin əmrilə dağıdıldı. Qalanın dağıdılmasına baxmayaraq, bu gün qalannı dəqiq yeri hələ də müəyyən edilə bilir. Qalanın yerində qalanın divarlarının bir hissəsi və bəzi tikinti materiallarının qalıqları hələ də qalır.

    Döyüş

    Döyüş Dimdim qalası ətrafında baş vermişdir. Dağılan qala 1609-cu ildə Əmir xan Lepzerin tərəfindən bərpa edildi. O, genişləyən bəyliyinin müstəqilliyini həm Osmanlıya, həm də Səfəvilərə qarşı müdafiə etmək istəyirdi. Buna görə də, Dimdim qalasını bərpa edərək, orada möhkəmlənməyi planlayırdı. Dimdim qalasının yenidən tikilməsi şimal-qərbdəki Səfəvi hakimiyyətinin təhdid edilməsi kimi qiymətləndirildi. Məhabad hakimləri kimi bəzi kürd tayfa rəhbərləri Əmir xanın ətrafında birləşdi.

    Döyüşlər 1609-cu ildən 1610-cu ilə qədər davam etdi. Demək olar ki, bir il davam edən döyüşdə kürdlər say və texniki təchizat baxımından Səfəvilərdən zəif idilər. Demək olar ki, 1 il davam edən mühasirədən sonra kürdlər Səfəvilərin baş vəziri Hatəm bəy tərəfindən məğlub edildi. Qala ələ keçirildi və kürd qarnizonu məhv edildi.

    Nəticə

    1609-cu ilin noyabr ayından 1610-cu ilin yayına qədər davam edən qanlı mühasirədən sonra qala ələ keçirildi. Qaladakı bütün üsyançı kürdlər I Şah Abbasın əmri ilə öldürüldü. I Şah Abbas Bradost və Məhabad ətrafındakı bütün üsyançı kürd tayfalarının məhv edilməsi ilə bağlı əmr verdi. Bu tayfaların bir qismi Xorasana köçürüldü. Bunun ardınca Əfşar tayfası bu bölgədə yenidən məşkunlaşdırıldı.

    Bununla da bölgədəki kürd üsyanı beləcə Səfəvilər tərəfindən yatırıldı.

    Həmçinin bax

    • Səfəvi dövləti

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dimdim döyüşü haqqında məlumat. Dimdim döyüşü nədir? Dimdim döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Konservləşdirmə

    • Fevral 27, 2026

      İberiya krallığı

    • Fevral 27, 2026

      Löven

    • Fevral 25, 2026

      Sərəncam

    • Fevral 27, 2026

      Bakı Kommunası

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst