Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seyid Məhəmməd Xatəmi (fars. سید محمد خاتمی‎; 29 sentyabr 1943 və ya 14 oktyabr 1943, Ərdəkan, Yəzd ostanı) — 1997–2005-ci illər arasında vəzifədə olmuş İranın

Məhəmməd Hatəmi

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmməd Hatəmi

Seyid Məhəmməd Xatəmi (fars. سید محمد خاتمی‎; 29 sentyabr 1943 və ya 14 oktyabr 1943, Ərdəkan, Yəzd ostanı) — 1997–2005-ci illər arasında vəzifədə olmuş İranın V prezidenti.

Məhəmməd Xatəmi
fars. محمد خاتمی‎
İran İslam Respublikasının Prezidenti
2 avqust 1997 – 3 avqust 2005
ƏvvəlkiƏli Əkbər Haşimi Rəfsəncani
SonrakıMahmud Əhmədinejad
İslam Şurası Məclisinin üzvü
3 may 1980 – 24 avqust 1982
Seçki dairəsiYəzd
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1943(1943-09-29) (82 yaş) və ya 14 oktyabr 1943(1943-10-14) (82 yaş)
Doğum yeri
  • Ərdəkan, Ərdəkan şəhristanı, Yəzd ostanı, İran
Partiya
  • Kombatant Din Xadimləri Assosiasiyası[d]
Fəaliyyəti siyasətçi, kitabxanaçı, yazıçı, hərbi qulluqçu
Dini şiəlik
Rütbəsi
  • kiçik leytenant[d]

Təltifləri "Pakistan" ordeni — 2002 "Xose Marti" ordeni "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı "Xilaskar" ordeni "İslam inqilabı" ordeni
İmzanın şəkli
khatami.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Elmi işləri

O, fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilis və alman dillərini bilir. Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Xatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu "Siyasi inkişaf, iqtisadi inkişaf və təhlükəsizlik" (2000), "İslam, mənəviyyat və İslam inqilabı" (2000), "Qadınlar və gənclər" (2000) adlı kitabları da mövcuddur.

Təhsili

1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir. 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur. Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir. Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir.

Siyasi fəaliyyəti

O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir. Şah ordusunda iki il müddətinə leytenant rütbəsində xidmət etdikdən sonra 1979-cu ildə Hamburq İslam Mədəniyyəti Mərkəzinin rəhbəri olmuşdur.

1980-ci ildə İnqilabdan sonra keçirilən birinci parlament seçkilərində doğulduğu yerlər olan Ərdəkan və Meyboddan millət vəkili seçilərək İran parlamentinə daxil olmuşdur. 1981-ci ildə o, Xomeyni tərəfindən bir çox qəzet və jurnalların, o cümlədən məşhur Kayhan qəzetinin nəşr olunduğu Kayhan İnstitutuna rəhbər təyin edilmişdir. 1982-ci ildə isə o dövrün baş naziri olan Mirhüseyn Musəvi tərəfindən İslami İrşad və Mədəniyyət Nazirliyinə təyin edilmişdir. O, 1992-ci ildə mədəniyyət naziri vəzifəsindən istefa vermiş və bununla da İran İslam Respublikasının tarixində istefa verən və vəzifəsini tərk edən birinci kabinet üzvü kimi tarixə düşmüşdür. Eyni vəzifə ilə Haşimi Rəfsəncani tərəfindən iki dəfə kabinetə daxil edilən Hatəmi İraqla 8 il davam edən müharibə dövründə Bütün Silahlı Qüvvələr Komandanlığının Mədəniyyət Müavinliyinin Təbliğat Mərkəzinin vitse-prezidenti və rəhbəri vəzifələrində işləmişdir.

1997-ci ilin may ayında keçirilən seçkilərdə səslərin 69 faizini yığaraq prezident seçilmişdir. O, 2001-ci ilin iyun ayında keçirilən növbəti prezident seçkilərində də səslərin 77 faizini əldə edərək yenidən prezident seçilmişdir. Lakin o, xüsusən də Prezidentin səlahiyyətləri və seçki nəzarəti ilə bağlı hazırlamış olduğu əsas islahatları Konstitusiya Keşikçiləri Şurasından keçirtməyi bacarmamışdır.

Xatəminin o dövrdə Rusiya prezidenti olmuş Vladimir Putinlə Malayziyadakı görüşü. (oktyabr, 2003-cü il)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmməd Hatəmi haqqında məlumat. Məhəmməd Hatəmi nədir? Məhəmməd Hatəmi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Rəhman surəsi

  • Fevral 27, 2026

    İsmayıl Şıxlı

  • Fevral 27, 2026

    Vahid Nadirli

  • Fevral 28, 2026

    Dzoriqtu xan

  • Fevral 27, 2026

    Brahui dili

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst