Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanlar Həsən oğlu Səfərəliyev (1885, Qoçəhmədli, Cəbrayıl qəzası – 26 sentyabr (9 oktyabr) 1907, Bakı) — Fəhlə hərəkatının üzvü, Hümmət təşkilatının fəalı. 1938

Xanlar Səfərəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Xanlar Səfərəliyev

Xanlar Həsən oğlu Səfərəliyev (1885, Qoçəhmədli, Cəbrayıl qəzası – 26 sentyabr (9 oktyabr) 1907, Bakı) — Fəhlə hərəkatının üzvü, Hümmət təşkilatının fəalı. 1938–2008-ci illərdə indiki Göygöl rayonu onun şərəfinə Xanlar adlanmışdır.

Xanlar Səfərəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1885(1885)
Doğum yeri
  • Qoçəhmədli, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 26 sentyabr (9 oktyabr) 1907(1907-10-09) (21–22 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Partiya
  • Rusiya Sosial Demokrat Fəhlə Partiyası,
  • Hümmət Partiyası
Fəaliyyəti siyasətçi, sindikatçı[d]
Dini İslam

Həyatı

Xanlar Səfərəliyev 1885-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. 1900-cü ildə Bakı şəhərinə köçmüş, Bibiheybət neft mədənlərində, "Naftalan" zavodunda işləmişdi. Bakı proletariatının 1904-cü il dekabr tətilinin təşkilatçılarından olmuşdu. Birinci rus inqilabı dönəmində, (1905–1907-ci illərdə) RSDFP Bibiheybət rayon komitəsi və bolşevik "Hümmət" təşkilatının büro üzvü kimi fəhlələr arasında təşviqat və təşkilat işi aparmış, tətil hərakatına başçılıq etmiş, bolşevik qəzet və vərəqələrinin yayılmasında fəallıq göstərmişdi. 1907-ci ilin payızında "Naftalan şirkəti" fəhlələrinin tətilinə rəhbərlik etmişdi.

Xanlar Səfərəliyevin inqilabı fəaliyyəti neft sənayesi sahiblərini hiddətləndirmişdi. Abuzər bəy Aşurbəyov Dağıstandan qatil dəvət etmiş, Xanları öldürməyə görə böyük pul boyun olmuşdu. Şəmistan Xanları izləmiş, sevgilisi ilə görüşərkən arxadan vurmuşdu.[mənbə göstərilməlidir]

Xanların ölümü atası Həsən kişini sızlatmış, pəjmürdə etmişdi. Qoçu Əbdül Məmmədov dostu Qazıməmməd Ağasıyevi götürüb Dağıstana getmişdi. Şəmistanı toydan qayıdarkən yolda yaxalamışdılar. Şəmistan icazə alıb arvad-uşağını evə qoyub qayıtmışdı. Şəmistanla Qoçu Əbdül yüz metr ara qoyub üz-üzə dayanmışdılar. Püşkə görə ilk atəşi Qoçu Əbdül atmalıymış. Əbdül Məmmədov dayandığı məsafədən Şəmistanı alnın ortasından vurmuşdu. Şəmistanın qanlı köynəyini görən Həsən kişi kəndlisi Qoçu Əbdülün alnından öpüb demişdi ki, daha elə bilirəm Xanlar ölməyib.[mənbə göstərilməlidir]

Həmçinin bax

  • Qoçəhmədli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xanlar Səfərəliyev haqqında məlumat. Xanlar Səfərəliyev nədir? Xanlar Səfərəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Beufort qasırğası

  • Fevral 27, 2026

    İrq

  • Fevral 27, 2026

    Göyova körfəzi

  • Fevral 27, 2026

    Şirniyyat

  • Mart 01, 2026

    Yana körfəzi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst