Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Göyova körfəzi (türk. Gökova Körfezi, yun. Κεραμεικός κόλπος) — Egey dənizinin hövzəsi olan Kerme körfəzinə daxil olan körfəz. Türkiyənin sahillərində yerləşir.

Göyova körfəzi

  • Ana Səhifə
  • Vikipediya
  • Göyova körfəzi

Göyova körfəzi (türk. Gökova Körfezi, yun. Κεραμεικός κόλπος) — Egey dənizinin hövzəsi olan Kerme körfəzinə daxil olan körfəz. Türkiyənin sahillərində yerləşir. Əsas limanlar Bodrum (Türkiyə) və Kos (Yunanıstan).

Gökova körfəzi
Gökova körfezi
Ümumi məlumatlar
Tip Körfəz
Yerləşməsi
36°59′57″ şm. e. 28°09′43″ ş. u.HGYO
Ölkə  Türkiyə
Akvatoriyası
  • Aralıq dənizi
Gökova körfəzi xəritədə
Gökova körfəzi
Gökova körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Görməli yerləri

Kleopatra çimərliyi

Kleopatranın çimərliyi Sedir və ya Sehir adasında yerləşir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Bu adada Kleopatra çimərliyi adlı qumu unikal quruluşda və kiçik incilərə bənzəyən çimərlik vardır. Qum bu sahə üçün tamamilə xarakterik deyil və mənşəyi məlum deyildir. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur. Qumun tərkibində heç bir əlavə qatışıq yoxdur və suya tökülən zaman su bulanmır. Adada olan bu əsrarəngiz çimərliklə bağlı əfsanə mövcuddur. Yerli bələdçilər 2 min il əvvəl Kraliça Kleopatranın burada üzdüyünü əfsanəyə əsasən söyləyirlər. Mark Antoni adanı sevgilisinə vermiş, ancaq o, bu adanın çimərliklərindəki qumu sevmədiyindən, sonra Mark Antoninin əmri ilə Misir qalalarından xüsusi qum göndərilmişdir.

İngilis professor Tom Qodayk qumu araşdıraraq, Kleopatra çimərliyindəki qumun Şimali Afrikaya xas olduğunu təsdiqləmişdir.

Bu gün Kleopatra çimərliyinin unikal qumu Türkiyənin dövlət mülkiyyəti hesab olunur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi şəkildə qorunur. Çimərliyə gələnlərə çimərliyə ayaqqabı ilə girmək, dəsmal götürmək və siqaret çəkmək icazə verilmir.

Sedir adasındakı Kleopatra çimərliyi Marmaris və Bodrumdan gələn turist gəmi gəzintilərinə daxil edilən ən sevimli obyektlərdən biridir.

Boncuk körfəzi

Boncuk körfəzi 1990-cı ildə bir qoruq statusu almışdır. Boncuk körfəzi dünyada ikinci (birinci mərkəz Cənubi Amerikanın sahilləridir) və Aralıq dənizi sahillərində qum köpək balığı nəslini yetişdirmək üçün yeganə mərkəzdir. Buxta "Qum köpəkbalığının müdafiə yeri" elan etdilmişdir.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göyova körfəzi haqqında məlumat. Göyova körfəzi nədir? Göyova körfəzi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbdüləziz

  • Fevral 27, 2026

    IV İohann

  • Fevral 23, 2026

    Xorvat

  • Fevral 27, 2026

    Süni seçmə

  • Fevral 26, 2026

    Nöyi-sür-Sen

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst