Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarğabazar — Azərbaycan Respublikasının Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal

Qarğabazar (Füzuli)

  • Ana Səhifə
  • Vikipediya
  • Qarğabazar (Füzuli)

Qarğabazar — Azərbaycan Respublikasının Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Qarğabazar
39°32′23″ şm. e. 47°09′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Nəqliyyat kodu 19
Qarğabazar xəritədə
Qarğabazar
Qarğabazar
Qarğabazar xəritədə
Qarğabazar
Qarğabazar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Orta çağlara bağlı qaynaqlarda kəndin adı Qarğabazarı yazılıb. 1727-ci ildə Osmanlı qaynağında Qarğabazarı kəndinə aid bilgi var. Həmin bilgiyə görə kənddə dövlətə vergi ödəyən 9 ailə yaşayırmış. Qarğabazarı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Qarğabazar kəndi öncə İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağa Cavanşirin idi. Sonra onun oğlu Cəfərqulu xan idarə etməyə başladı. Mehdiqulu xan Irandan dönəndən sonra bu kəndin xəzinəyə bağlı rəiyyətlərindən böl-bölüş edib Qasım bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşirə, Əli bəy Mirzalı bəy oğlu Kəbirliyə və V. Q. Madatova verdi. 1823-cü ilə bağlı rus qaynağında kənd Haqqında bilgi var. Orda yazılır: "Qarğabazarı kəndi—9 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Əbdürrəhman kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, molla 1 tüstü, kasıb 1 tüstü. 2 tüstü Cəfərqulu xana vergi ödəyirdi". 1842-ci ildə polkovnik Cəfərqulu xana, Qasım bəy Vəzirova, knyaz Madatova və Əli bəy Mirzalı bəy oğluna bağlı rəiyyətlərin siyahısıi verilib. Həmin siyahıda mülkədarlara məxsus 9 tüstü qeydə alınıb. 16 tüstü isə dövlət kəndlisi qeydiyyatında idi. Qarğabazar kənd adının mənşəyi ilə bağlı bəzi rəvayətlər mövcuddur. Deyilənə görə, burada böyük bir bazar olmuşdur. Bu bazar Həddən artıq səs-küylü imiş. Elə bu səbəbdən də buraya gəlmiş tacirlər kəndin adını "qarğalıbazar" qoymuşlar (yəni buradakı qarışıq səslər qarğa-quş səs-küyünə bənzədilib). Sonralar isə "qarğalı" sözündəki "lı" şəkilçisi düşmüş və sadəcə olaraq elə "Qarğabazarı" ifadəsində işlədilmişdir. Yaxşı, deyək ki, kəndin adı ilə bağlı bu rəvayət doğrudur. Onda təbii bir sual meydana çıxır ki, bəs "Qarğabazarı" adından öncə bu kəndin adı necə olmuşdur? Axı məlumdur ki, bir yerdə bazar olmazdan ən əvvəl orada adı bəlli olan bir kənd və ya el-oba olmalıdır. Elə bu baxımdan da yuxarıdakı rəvayətlə razılaşmaq mümkün deyil. "Qarğabazarı" kəndinin isə ikinci bir adına rast gəlmirik. Bu barədə Füzuli arxivində də tutarlı bir məlumat əldə edə bilmədik. Ona görə də Azərbaycan tarixi üzrə qaynaqlardan bəhs edən mənbələrə müraciət etməyə məcbur olduq: "Qarğabazarı" adını 1724-cü ildə Türkiyə dövlətinin göstərişi ilə tərtib olunmuş, Dağlıq Qarabağın Xəmsə adı ilə məşhur olan beş mahalından (1. Talış, 2. Gülüstan mahalı, 3. Xaçın mahalı, 4. Çiləbörd mahalı, 5. Dizaq mahalı) birində Dizaq mahalına mənsub olan kənd adlarını göstərən siyaHıda oxuduq. Eyni zamanda buradakı "Xaçın" mahalına mənsub olan kəndlər sırasında "Qarqar" kənd adına da rast gəlirik. Bu da təbiidir. Çənki mənbələrdən bizə məlumdur ki, Qarqar tayfaları (Alban dövründə) indiki Mil düzündən tutmuş Qarabağın bütün bölgələrində yaşamışlar. Haqqında söhbət apardığımız "Qarğabazarı" kəndinin bu siyaHıda məhz "Qarqar" deyil, "Qarğabazarı" kimi verilməsi, əlbəttə, burada bazarın olmasına işarədir. Kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Təbriz-Hindistan və s. istiqamətli, ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir. Heç də təsadüfi deyildir ki, ölkələrarası iqtisadi əlaqələrin tənzimlənməsində mühümi əhəmiyyəti olan belə karvan yolları üzərində (bir günlük məsafələrdə) insanların raHatlığı üçün karvansaraylar, Hamamlar, kəhrizlər, məscidlər və s. binalar inşaa olunurdu (Xatırladaq ki, belə binaların hamısından qarğabazar kəndində var). Belə ictimai binaların mövcudluğu bir növ böyük bazarların yaranmasına səbəb olurdu. Bu baxımdan kəndin adı ilə bağlı yuxarıda qeyd etdiyimiz rəvayətdəki "bazar" fikri ilə razılaşmaq olar. Lakin qədim tariximizin qaynaqlarından xəbər verən qaynaqlar, indiki Qarğabazarı kəndində Qarqar tayfalarının yaşaması və kəndin ilk adının məhz "Qarqar" və ya "Qarqarlar" olmasını söyləməyə bizə imkan verir. Söz yox ki, burada bazarın olması ilə əlaqədar olaraq sonralar kəndin adı "Qarqar bazarı" və ya "Qarqarlar bazarı" olmuşdur. Lakin zaman keçdikcə "Qarqar" və ya "qarqarlar" sözünün sonundakı "r" və "lar" Hərfləri danışıq zamanı dildən düşmüş və sadəcə olaraq kəndin adı "Qarqabazarı" kimi bizə gəlib çatmışdır. Bu kənd təbii daş yataqları ilə zəngin olan "Ilanlı" dağına çox yaxın olduğundan buradakı xalq yaşayış binaları lap qədimlərdən daşla bir və ya iki mərtəbəli tikilmişdir. Kəndin salındığı yer dağətəyi yer olduğu üçün əksər evlərin birinci mərtəbələri yarızirzəmi formadadır.

Toponimikası

Qarabağ silsiləsinini ətəyindədir. Bu toponim haqqında müxtəlif fikirlər mövcuddur. Şərqi Türkiyədə orta əsrlardə Qarğabazar adlı yaşayış məntəqəsi olduğuna görə, bu kəndin əsasını naməlum səbəbdən oradan köçüb gəlmiş ailələrin qoyması ehtimal edilir. Başqa mülahizayə görə, kəndin adı türk dillərindəki karqa (vulkan daşı) və bazar (bir şeyin bol olduğu yer) sözlərindan ibarətdir. Naxçıvanda Qarğabazar adlı yüksəklik, Ermənistanda isə vaxtilə Qarğabazar və Qarğabazarı (1967-ci ildən Aykaşen) yaşayış məntəqəsi olmuşdur. Azərb.-da qarğa adı ilə bağlı oroqrafik obyekt adları zəngindir. Düzənliklərdən tutmuş yüksək zirvəli dağlara, qayalara qədər müxtəlif ərazilərdə bu quşun adını əks etdiran çoxlu oronimlar mövcuddur. Qaradağ r-nundakı Qarğabazar qayasına ad çoxlu qarğanın toplanmasına görə verilmişdir. Qarğabazar adındaki bazar sözü "çoxluq" mənasındadır. Qarğa qayası Daşkəsən, Kəlbəcər və Tovuz r-nlarında, Qarğalı çöl Zərdab r-nu Məlikumud kəndindədir.

Mədəniyyəti

Qarabağın zaman etibarilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapmışdır.

Tanınmış sakinləri

  • Bahadur Eyvazov (1907-1987) — görkəmli həkim, dermatoveneroloq, tibb elmləri doktoru (1936), professor (1940), Azərbaycan SSR əməkdar həkimi (1942), Azərbaycan SSR əməkdar elm xadimi (1956).

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

  • Füzuli rayonu
  • Qarğabazar məscidi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarğabazar (Füzuli) haqqında məlumat. Qarğabazar (Füzuli) nədir? Qarğabazar (Füzuli) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Günorta

  • Fevral 27, 2026

    Muxtar Əvəzov

  • Fevral 27, 2026

    Qəbz

  • Fevral 27, 2026

    E.ə. 365

  • Fevral 27, 2026

    Bacalanlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst