Kourtni Koks (15 iyun 1964, Birminqem, Alabama) — amerikalı aktrisa. "Dostlar" teleserialındakı Monika və "Fəryad" filmindəki Qeyl rolu ilə məşhurdur.
| Kortni Koks | |
|---|---|
| ing. Courteney Cox | |
| |
| Doğum tarixi | 15 iyun 1964 (61 yaş) |
| Doğum yeri | |
| Partnyorları |
|
| Təhsili |
|
| Fəaliyyəti | aktrisa, televiziya aktrisası, kino aktrisası, səsləndirmə aktrisası[d], film prodüseri, kinorejissor, televiziya prodüseri[d], model[d] |
| Fəaliyyət illəri | 1984-cü ildən |
| | |
Həyatı
Kourtni Koks Alabama ştatının Birminqem şəhərində anadan olub. Koks biznesmen Riçard Levis Koks (28 yanvar 1931 - 3 sentyabr 2001) biznesmen, və onun həyat yoldaşı Kourtni Koplandın qızıdır. Onun iki böyük bacısı var, Virciniya və Dotti; bir böyük qardaşı var, Riçard. Onun valideynləri 1974-cü ildə boşanıb və anası biznesmen Hunter Koplandla evlənib. Mauntin Brok Ali Məktəbindən məzun olduqdan sonra Mount Vernon Kollecində memarlıq ixtisasında təhsil almağa başlasa da, bu təhsilini başa vurmayıb. Bunun əvəzinə o, model və aktyorluq karyerasına davam etdi.
Koks ingilis, şotland, uels, irland və alman əsillidir.
Evlilik və ailə
12 iyun 1998-cu ildə Koks David Arqette ilə evlənib. 13 iyun 2004-cü ildə qız övladları (Koko Rili Arqette) dünyaya gəlib. Kokonun xaç anası ailə dostları Cennifer Enistondur. Koks və həyat yoldaşı 31 dekabr 2011-ci ildə ayrılıblar.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kortni Koks haqqında məlumat. Kortni Koks nədir? Kortni Koks nə deməkdir?
