Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cennifer Eniston (ing. Jennifer Aniston; 11 fevral 1969[…], Şerman Ouks[d], Kaliforniya) — amerikalı aktrisa, film rejissoru, prodüser və biznes qadınıdır. Ona

Cennifer Eniston

  • Ana Səhifə
  • Vikipediya
  • Cennifer Eniston

Cennifer Eniston (ing. Jennifer Aniston; 11 fevral 1969[…], Şerman Ouks[d], Kaliforniya) — amerikalı aktrisa, film rejissoru, prodüser və biznes qadınıdır. Ona ilk şöhrətini Friends (1994–2004) serialında oynadığı Rachel Green rolu gətirmişdir və bu rolu sayəsində o, Emmi, Qızıl qlobus mükafatlarını qazanmışdır.

Cennifer Eniston
ing. Jennifer Joanna Aniston
Doğum adı Ιωάννα Γενοβέφα Αναστασάκη
Doğum tarixi 11 fevral 1969(1969-02-11)[…] (57 yaş)
Doğum yeri
  • Şerman Ouks[d], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Milliyyəti yunan, italyan, şotland
Həyat yoldaşı Bred Pitt (2000–2005)
Partnyorları
  • Con Meyer (2008–2009)
  • Bred Pitt (1998–2000)
  • Castin Teru[d] (2011–2015)
Atası John Aniston
Anası Nancy Dow
Fəaliyyəti televiziya aktrisası, kino aktrisası, film prodüseri, səsləndirmə aktrisası[d], teatr aktrisası, icraçı prodüser[d], kinorejissor, telerejissor
Fəaliyyət illəri 1989-h.h.
Boyu 1,64 m
IMDb ID0000098
İmzanın şəkli
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Cennifer Eniston 11 fevral 1969-cu ildə Kaliforniya ştatının Şerman Ouks şəhərində, yunan aktyoru Con Eniston ilə şotland və italyan mənşəli aktrisa Nensi Dounun ailəsində anadan olub. Bir yaşınadək Cennifer Eniston Yunanıstanda yaşayır və ailə sonradan Nyu-Yorka köçür. 9 yaşı olanda valideynləri boşanırlar. Cennifer Eniston anası ilə qalsa da, tez-tez Los-Ancelesə, atasının yanına getməyə başlayır. Cennifer Eniston 11 yaşında oxuduğu Rudolf Ştaynerin məktəbində dram dərnəyinə gedir. Peşə təhsilini 1987-ci ildə Nyu-Yorkun aktyor ustalığı məktəbində davam etdirir. Cennifer Eniston və Bred Pittin ciddi münasibətləri mətbuatda tez-tez müzakirə olunurdu. 29 iyul 2000-ci ildə onlar Malibuda evlənirlər. Cütlük 7 yanvar 2005-ci ildə ayrılır və həmin il oktyabrın 2-də rəsmən boşanırlar. Bred Pittlə boşandıqdan sonra aktyor Vins Vonla eşq yaşadığı deyilsə də, artıq aktrisa şəxsi həyatının mətbuatda müzakirə edilməsini istəmir.

Mükafatlar

  • “Emmi” mükafatına beş dəfə namizəd görülən Cennifer Eniston bir dəfə qalib gəlir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cennifer Eniston haqqında məlumat. Cennifer Eniston nədir? Cennifer Eniston nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Zəngilan rayonu

  • Fevral 25, 2026

    Mürcilər

  • Fevral 23, 2026

    Qaraçay-Çərkəz Respublikası

  • Fevral 24, 2026

    Nyufaundlend

  • Fevral 18, 2026

    Arktika

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst