Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nyufaundlend — Kanadanın indiki Nyufaundlend və Labrador əyalətinin ərazisində 1907−1949-cu illərdə mövcud olmuş Britaniya dominionu.

Nyufaundlend

  • Ana Səhifə
  • Vikipediya
  • Nyufaundlend

Nyufaundlend — Kanadanın indiki Nyufaundlend və Labrador əyalətinin ərazisində 1907−1949-cu illərdə mövcud olmuş Britaniya dominionu.

Dominion
Nyufaundlend
Dominion of Newfoundland
Bayraq Gerb
Bayraq Gerb
26 sentyabr 1907 — 31 mart 1949
Paytaxt Sent-Cons (Nyufaunlənd və Labrador)
Dil ingilis dili
Rəsmi dilləri İngilis
Ərazisi 405.212
İdarəetmə forması Konstitusiyalı monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1855-ci ildə Nyufaundlend adalarındakı Britaniya koloniyası özünüidarə hüququ əldə etdi. 1869-cu ildə Nyufaundlend adalarının yerli rəhbərliyi Kanada Konfederasiyasına qatılmaqdan imtina etdi.

26 sentyabr 1907-ci ildə Nyufaundlend Yeni Zellandiya ilə eyni vaxtda dominion statusu aldı.

1927-ci ildə İngiltərə parlamentinin qərarı ilə Labrador yarımadasının xeyli hissəsi (300 min km²-ə qədər) Nyufaundlendə birləşdirildi.

11 dekabr 1931-ci ildə Nyufaundlend Kanada, Avstraliya, Yeni Zellandiya, Cənubi Afrika İttifaqı və İrlandiya ilə birlikdə Britaniya dominionlarının müstəqil assosiasiyası olan Millətlər Birliyində müstəqil dövlət oldu.

Lakin dominion müstəqillik uzun sürmədi, 5 aprel 1932-ci ildə 10 min nəfər Koloniya binasına (Yığıncaqlar Palatasına) doğru yürüş edərək baş nazir Skvisi qaçmağa məcbur etdi. Skvis 1932-ci ilin sonundakı seçkilərdə də məğlub oldu. Yeni rəhbərlik, başda Elderdik olmaqla, ölkədəki problemləri Birləşmiş Krallığın dəstəyi ilə aradan qaldırmağa cəhd göstərirdi. Nəticədə Nyufaundlend 1934-cü ildə yenidən Londondan təyin edilən xüsusi komissiyanın idarəçiliyinə − koloniya statusuna qaytarıldı.

1948-ci ildə — 3 iyun və 22 iyul tarixlərində, koloniyanın gələcəyini müəyyənlədirmək üçün 2 referendum keçirildi. 1-ci referendum nəticəsiz başa çatdı (44,5% dominion statusun bərpa edilməsinə, 41,1% Kanada ilə konfederasiyaya və 14,3% komissiya rəhbərliyinin davam etməsinə səs verdi). İkinci dəfə isə yalnız konkret iki məsələ (Nyufaundlendin dominion statusunun bərpası və Nyufaundlendin Kanada ilə konfederasiyası) ümumxalq səsverməsinə çıxarıldı. Bu dəfə Nyufaundlendin Kanadaya birləşdirilməsinə 52%, dominion statusunun bərpa edilməsinə isə cəmi 48% səs verildi. Sonuncu referendumun nəticəsinə əsasən 31 mart 1949-cu il tarixdən etibarən Nyufaundlend Kanadanın subyektinə çevrilmiş oldu və Kanadaya qatılan ən son əyalət oldu.

Həmçinin bax

  • Nyufaundlend və Labrador

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nyufaundlend haqqında məlumat. Nyufaundlend nədir? Nyufaundlend nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Pekin

  • Fevral 23, 2026

    3 fevral

  • Fevral 24, 2026

    Tanrı

  • Fevral 23, 2026

    Nəsil artırma

  • Fevral 23, 2026

    Əlyazma

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst