Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asiya şiri (lat. Panthera leo persica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir

Asiya şiri

  • Ana Səhifə
  • Vikipediya
  • Asiya şiri

Asiya şiri (lat. Panthera leo persica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Nəsli kəsilmə həddindədir.

Asiya şiri
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
Pişikkimilər
Fəsilə:
Pişiklər
Yarımfəsilə:
Böyük pişiklər
Cins:
Panter
Növ:
Şir
Yarımnöv:
Asiya şiri
Beynəlxalq elmi adı
  • Panthera leo persica Johann Nepomuk von Meyer, 1826
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  622026
NCBI  83386
EOL  1225995

Mündəricat

Ölçüləri

Ölçüləri iridir. Erkəklərin bədən quruluşu massivdir, dişilər daha incədir. Növün nümayəndəsi üçün 204 sm. uzunluğu səciyəvidir. Quyruğun uzunluğu 90 sm. Asiya aslanı Afrika aslanından kiçikdir. Erkəklər dişilərdən iridir. Başı uzunsovdur, iridir. Əzaları nisbətən alçaqdır. Tük örtüyü alçaqdır, bədəninə bitişikdir. Qyruğunun ucunda uzun fırça var. Erkəklərin boynunda, çiyinlərində və sinəsində az sezilən yal var. Tük örtüyünün rəngi qonurtraq-sarıdır.

Areal

Təxminən yüz il əvvəl arealı İranın qərbindən, Hindistanın şərqinə qədər idi. Tam aydın deyil, Ərəbistan yarımadasında olub, amma bir sıra tətqiqatçı belə hesab edir olub. XX-ci əsrin əvvəlinə doğru, Hindistanın Qucarat ştatındakı, 1450 kv. km. sahəsi olan Qir milli parkından başqa bütün arealda yox oldu(İranda sonuncu şir 1923 yaxud 1930-cu ildə öldürülüb). 1955-ci ildə bu şirin yayılma xəritəsi hazırlandı, özü də qeyd olunurdu ki, tapılan izlərin yarısı yasaqlıqdan kənarda idi və yasaqlıqdan 25 km. şimalda Qirnar təpələrinə çatırdı. İzlərin ən çox sıxlığı yasaqlığın cənub-qərbində qeyd olunmuşdu. 1968-ci ildə ikinci xəritə hazırlandı, və bu dəfə izlərin ancaq 17% yasaqlıqdan kənarda qeyd olunmuşdu, Qirnar təpələri rayonunda isə şirlərin izi artıq tapılmamışdı. Yasaqlığın cənub-qərb hissəsində kənd təsərrüfatı istehsalı intensivləşdikcə şirlərin izlərinin sayı kəskin azalmağa başladı. 1971-ci ildə də eyni azalma qeyd edilmişdi.

Qarışıq tropik meşələrdə məskunlaşırlar.

Qidalanması

Əsasən iri dırnaqlılarla, qaban, eləcə də nilqay, zambar və aksislərlə qidalanırlar. Nadir hallarda ev heyvanlarına hücum edirlər.

Çoxalması

Çoxalmasında tam müəyyənlik yoxdur. Poliqamiya səciyəvidir. Boğaz olma vaxtı - 100-119 gündür. Dişi iki ildən bir balalayır. Adətən 1-6, nadir hallarda 7 bala gətirir.

Sayı

Asiya şirlərinin sayı 1955-ci ildəki 290-dan, 1968-ci ildə 177 endi və 1977-ci ildə 180 çatdı. Sayının azalması ovla və əsasən məskunlaşma mühitinin insan tərəfindən pozulması ilə bağlıdır.

Qorunması

Qir milli parkında qorunması çox çətin başa gəlirdi, çünki bu yasaqlıqda 20 min malqarası olan 7 min kəndli yaşayırdı, yağış mövsümü vaxtı isə yasaqlığın hüdudlarında otlayan malqaranın sayı 20 min də artırdı. 1971-ci ildən qorunması xeyli yaxşılaşdı. Malqaranı artıq yasaqlıq ərazisinə buraxmırlar, və ətrafına bir metr hündürlükdə hasar çəkilib. Yerli əhalinin bir hissəsi yasaqlıqdan köçürülüb.

1957-ci ildə üç asiya şiri Uttar-Pradeş ştatındakı Çandraprabxa rezervatına köçürülüb.

Qanunla qorunur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Asiya şiri haqqında məlumat. Asiya şiri nədir? Asiya şiri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkmənçay (İran)

  • Fevral 27, 2026

    I Axsitan

  • Mart 01, 2026

    Boğaz (Qars)

  • Fevral 27, 2026

    Uzunbığcıqlılar

  • Mart 01, 2026

    Brahmaputra

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst