Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Linkoln kafedralı və ya Linkoln minster (ing. Lincoln Cathedral) — tarixi kilsə. Rəsmi olaraq Linkoln Müqəddəs Məryəm Ana Kafedral Kilsəsi adlanan dini tikili İ

Linkoln kafedralı

  • Ana Səhifə
  • Vikipediya
  • Linkoln kafedralı

Linkoln kafedralı və ya Linkoln minster (ing. Lincoln Cathedral) — tarixi kilsə. Rəsmi olaraq Linkoln Müqəddəs Məryəm Ana Kafedral Kilsəsi adlanan dini tikili İngiltərənin Linkoln şəhərində yerləşir. İngiltərə Kilsəsinə tabedir. Linkoln yepiskopu burda oturur və Linkoln yeparxiyasının ana kilsəsi hesab olunur. Kafedral dekan və kapitul tərəfindən idarə olunur və I dərəcəli qorunması vacib sayılan memarlıq abidəsidir.

Linkoln kafedralı
Ölkə
  •  Birləşmiş Krallıq
Tikilmə tarixi XIII əsr
Hündürlüyü 83 m
Uzunluğu
  • 147 m
Rəsmi sayt lincolncathedral.com
53°14′03″ şm. e. 0°32′10″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kafedralın ən qədim hissələri 1072-ci ilə aiddir ki, bu zaman yepiskop Remiqu de Fekamp öz kürsüsünü Temza çayı üzərindəki Dorçesterdən Linkolnə köçürmüşdür. Tikinti 1092-ci ildə tamamlansa da, 1185-ci ildə baş verən zəlzələ nəticəsində ciddi zədələnmişdir. Sonrakı əsrlər ərzində kafedral müxtəlif Qotika üslublarında yenidən qurulmuşdur və onun əhəmiyyətli hissələri Erkən ingilis dekorativ və perpendikulyar üslublarında qorunub saxlanılmışdır.

Kafedral orijinal Maqna Kartanın dörd nüsxəsindən birinə sahibdir ki, bu nüsxə hal-hazırda Linkoln qəsrində nümayiş etdirilir. Linkoln kafedralı Böyük Britaniyada döşəmə sahəsinə görə dördüncü ən böyük kafedraldır (təxminən 5,000 m²) və Liverpul kafedralı, Müqəddəs Pavel kafedralı və York Minsterindən sonra gəlir. Memarlığı alimlər tərəfindən yüksək qiymətləndirilir. Viktoriya dövrü yazıçısı Con Ruskin onun haqda danışarkən, bunları demişdir: “Mən həmişə inanmışam ki, Linkoln kafedralı Britaniya adalarında ən qiymətli memarlıq nümunəsidir və təxminən bizim digər iki kafedralımızın dəyərindədir.

Ədəbiyyat

  • Lincoln Cathedral: Official Guide, Diocese of Lincoln
  • Lincoln Cathedral, en:Peter B. G. Binnall, Pitkin Publishing, ISBN 978-0-85372-203-8
  • The Grail Chronicles, E. C. Coleman, The History Press, ISBN 978 0 7524 5532 7

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Linkoln kafedralı haqqında məlumat. Linkoln kafedralı nədir? Linkoln kafedralı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəlaləddin Dəvani

  • Mart 01, 2026

    Pyer

  • Fevral 27, 2026

    Qoturçay

  • Fevral 23, 2026

    Humza Yousaf

  • Mart 01, 2026

    Karl

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst