Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Uolpol (ing. Robert Walpole; 26 avqust (5 sentyabr) 1676, Houton[d], Norfolk qraflığı – 18 (29) mart 1745, Sent-Ceyms[d], Böyük London) — ingilis dövlət

Robert Uolpol

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Uolpol

Robert Uolpol (ing. Robert Walpole; 26 avqust (5 sentyabr) 1676, Houton[d], Norfolk qraflığı – 18 (29) mart 1745, Sent-Ceyms[d], Böyük London) — ingilis dövlət və siyasi xadimi, 1721-1742-ci illərdə Böyük Britaniyanın 1-ci Baş naziri.

Robert Uolpol
ing. Robert Walpole
Böyük Britaniyanın 1-ci Baş naziri
4 aprel 1721 – 11 fevral 1742
MonarxI Corc
Əvvəlkivəzifə təsis olunub
SonrakıSpenser Kompton
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust (5 sentyabr) 1676(1676-09-05)
Doğum yeri
  • Houton[d], Kinqs-Linn-end-Uest-Norfolk[d], Norfolk qraflığı, İngiltərə
Vəfat tarixi 18 (29) mart 1745(1745-03-29) (68 yaşında)
Vəfat yeri
  • Sent-Ceyms[d], Vestminster borosu, Böyük London, İngiltərə, Böyük Britaniya krallığı
Partiya Viqlər partiyası
Təhsili
  • Kembric Kinqs Kolleci,
  • İton kolleci
Fəaliyyəti siyasətçi, rəsm kolleksiyaçısı[d]
Dini Anqlikan kilsəsi

Təltifləri Knight of the Garter — 1726
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Siyasi karyerası

1701-ci ildə taxt-tacın irsiliyi haqqında qəbul edilən qanuna əsasən Stüartlar sülaləsindən olan krallar həmişəlik İngiltərədə bu mövqeyə iddia etmək hüququndan məhrum edildilər. Ölkənin siyasi həyatında parlament qarşısında dövlət siyasətinə görə məsuliyyət daşıyan nazirlərin rolu güclənməyə başladı. Nazirlər kabineti parlamentdə üstünlük təşkil edən partiya nümayəndələrindən formalaşdırılırdı. Annanın krallığı zamanı üstünlük viqlər partiyasının əlinə keçdi. Amma böyük büdcə kəsirinə səbəb olmuş ispan irsi uğrunda mübarizə viq hökumətinin süqutunu sürətləndirdi. Hakimiyyətə gəlmiş torilər müharibəyə son qoydular. 1713-cü il Utrext sülhünə əsasən İngiltərə Hibraltar, Menorku adasını və assienta hüququnu aldı.bu hüquqa əsasən ingilislər 30 il ərzində İspaniyanın Amerikadakı müstəmləkələrinə qul gətirmək hüququ qazandılar. Amma müqavilənin başqa maddələri, xüsusilə də İspaniyaya gətirilən ingilis mallarına qoyulan gömrüyün artırılması tori hökumətinin nüfuzunu aşağı saldı və 1714-cü ildə viqlər yenidən hakimiyyətə gəldilər. 1715-ci ildə Stüartlar sülaləsinin tərəfdarı olan yakobinlərin qiyamının yatırılması ilə əlaqədar olaraq viqlərin mövqeyi möhkəmləndi

Baş nazirliyi

1721-ci ildə hakimiyyətə Robert Uolpolun viq hökuməti gəldi. Bu hökumət iyirmi il ərzində mövcud oldu. O, İngiltərə sənaye və ticarətinə, xüsusilə də okeanın o tayındakı iqtisadiyyata himayədarlıq siyasəti həyta keçirdirdi. Onun dövründə torpaq vergisi və İngiltərəyə gətirilən xammala qoyulan gömrük vergisi azaldıldı. Eyni zamanda getdikcə artan kasıb və dilənçilərin, məcburən işə cəlb edilməsi haqqında qanun qəbul edildi. Hindistan, Amerika və Afrikadakı ingilis müstəmləkəri durmadan genişlənirdi. İngiltərə-İspaniya (1701-1713), Avstriya (1740-1748) mülkü uğrunda və Yeddiillik müharibədə (1756-1763) fəal şəkildə iştirak etdi. Bunun nəticəsində ingilislər müstəmləkələrdə öz hakimiyyətini daha da möhkəmləndirdilər və İngiltərə ən böyük müstəmləkə dövlətinə çevrildi.

Ost-Hind, Qvineya və başqa ticarət kompaniyaları, xüsusilə də qul ticarəti ilə məşğul olan kompaniyalar ölkəyə çox böyük gəlir gətirirdi. Tacirlər yalan və güc tətbiq etməklə plantasiyalarda qul əməyi üçün afrikalıları Şimali Amerika müstəmləkələrinə daşıyırdılar. Qeyd etdiyimiz kimi, ispan irsi uğrunda müharibədən sonra İngilis kralı bütün ispan müstəmləkələrində Afrikadan olan qulların ticarət üzrə istisna hüquq əldə etmişdi.

XVIII əsr sosial-iqtisadi həyatında əhəmiyyətli proseslər baş verdi.Hələ XVI əsrdə başlamış aqrar inqilab sona yetdi. Vətəndaş müharibələri və 1688-ci il çevrilişindən sonra çəpərləmələr və kəndlilərin torpaqlarından qovulması görünməmiş miqyas aldı. Hökumət nəinki çəpərləməni məhdudlaşdıran siyasətdən imtina etdi, eyni zamanda çəpərləmənin müdafiəsinə yönələn aktlar verməyə başladı. Çəpərləmələrə qarşı mübarizə aparan, onu dağıdan hər bir kəs ölüm hökmünə məhkum edilirdi. Bunun nəticəsində çoxsaylı kiçik torpaq sahibləri, sənətkarlar müflis olub ya dilənçiyə çevrilir, ya da iş dalınca şəhərlərə gedirdilər. Əgər XVII əsrin sonunda kəndlilərin əlində becərilən torpağın yarısı cəmlənmişdisə, yüz il sonra ingilis kəndli təbəqəsi olan yomenlər tamamilə yox oldular.

Müflis olmuş kəndlilər kasıb və dilənçi ordusunun sayını daha da artırırdılar.Onlara qarşı hökumət sərt qanunlar verirdi.Məsələn 1698-ci il qanununa əsasən müavinət alan bütün kasıblar üzərində xüsusi nişanlar olan qolbaqlar gəzdirməli idilər.Bir əyalətdən başqa əyalətə keçən dilənçini sərt cəza gözləyirdi:onları ən ağır və az əmək haqqı verilən işi görməyə məcbur edirdilər.Əyalət hakimləri işsiz adamları sənayeçilərin yanına göndərirdilər. Kasıbların uşaqlarını valideynlərindən alır və onları manufakturalara verirdilər. 1721-ci il və 1726-cı il qanunlarına əsasən əmək haqqı yerlərdə dünyəvi hakimlər tərəfindən nizamlanırdı. Bu puldan yuxarı maaş verən sənayeçiıər böyük məbləğdə cərimə olunurdular.

Maunfaktura sənayesi tərəfindən getdikcə daha çox sıxışdırılan kəndli və sənətkarların müflisləşməsi nəticəsində çox ucuz işçi qüvvəsinin bazarı formalaşmağa başladı. Bu da öz növbəsində muzdlu əməyin inkişafına təkan verdi. Kənd təsərrüfatında kiçik mülklər öz yerini torpağı daha yaxşı emal edən, yeni texnika tətbiq edən və muzdlu əməkdən istifadə edən orta və iri ferma təsərrüfatlarına verdi. Müflis olmuş çoxsaylı kəndlilər Şimali Amerika müstəmləkələrinə mühacirət etdilər.

Torpaq mülkələrinin iri lendlordların əlində cəmlənməsi, kənd təsərrüfatının intensiv inkişafı, müstəmləkələri qarət və qullarla ticarət nəticəsində əlində böyük məbləğdə pul toplamış maliyyə burjuaziyasının xüsusi təbəqəsi formalaşdı. 1694-cü ildə torpaq maqnatları və tacir-sənayeçilər İngiltərə bankının əsasını qoydular.Bu bankın pul əməliyyatları nəticəsində XVIII əsrdə inkişaf etmiş maliyyə sistemi formalaşdı. Dövlətin özü maliyyə kapitalından asılı vəziyyətə düşdü.Öz tərəfindən hökumət proteksionizm siyasəti vasitəsilə ölkənin sənayesinin inkişafını həvəsləndirirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robert Uolpol haqqında məlumat. Robert Uolpol nədir? Robert Uolpol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rəhman Nəbiyev

  • Fevral 23, 2026

    Xəzri (külək)

  • Fevral 27, 2026

    S:Həşr surəsi

  • Fevral 27, 2026

    Corco Vazari

  • Fevral 24, 2026

    Fenomen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst