Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təvvabin hərəkatı (ərəb. ثورة التوابين‎) — Ərəb dilindən tərcümədə "təvvabin" tövbə edənlər deməkdir. İmam Hüseynə məktub yazaraq Kufəyə dəvət edən, amma ona qo

Təvvabin hərəkatı

  • Ana Səhifə
  • Vikipediya
  • Təvvabin hərəkatı

Təvvabin hərəkatı (ərəb. ثورة التوابين‎) — Ərəb dilindən tərcümədə "təvvabin" tövbə edənlər deməkdir. İmam Hüseynə məktub yazaraq Kufəyə dəvət edən, amma ona qoşulmayan və tənha buraxan şəxslər Aşura faciəsindən sonra peşman oldular. Onlar İmam Hüseynin şəhadətində özlərini günahkar bilərək tövbə etdilər və bu günahı yalnız İmamın intiqamını almaq üçün qiyam qaldırmaqda və bu yolda şəhid olmaqda gördülər. Təvvabin hərəkatının başçısı Kufə şiələrindən olan Süleyman ibn Sürəd Xüzai adlı şəxs idi. Kufəlilər Süleymanın evinə yığışaraq qiyama hazırlaşmağa başladılar. Ətraf şəhərlərə yardım üçün xəbər göndərilsə də, qiyam başlayanda cəmi 4 min nəfər bir araya gəldi. Onlar yolüstü Kərbəlada İmam Hüseynin məzarını ziyarət etdilər. Əynül-vərdə adlı məntəqədə Übeydullah ibn Ziyadın başçılıq etdiyi Əməvi qoşunu onların qarşısını kəsdi. Dörd gün davam edən döyüşdə təvvabinin əksər hissəsi şəhid oldu, qalanları geri çəkildi. Onların əksəriyyəti sonralar Muxtarın qiyamına qoşuldu. Təvvabin hərəkatı Aşura faciəsindən sonra İmam Hüseynin qanını almaq şüarı ilə həyata keçirilmiş ilk mütəşəkkil hərəkat sayılır.

Həmçinin bax

  • Aşura
  • Hüseyn ibn Əli
  • Süleyman ibn Sürəd Xüzai

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təvvabin hərəkatı haqqında məlumat. Təvvabin hərəkatı nədir? Təvvabin hərəkatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    II Pyotr

  • Mart 01, 2026

    Kiçik dodaqlar

  • Fevral 27, 2026

    Yevsevi

  • Fevral 27, 2026

    İqtisadi müharibə

  • Fevral 11, 2026

    Serbiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst