Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Evsebi Pamfil (təq. 265[…], Fələstin Qeysəriyyəsi, Roma imperiyası – təq. 340, Fələstin Qeysəriyyəsi, Roma imperiyası) — İlk dövr xristian ilahiyyatçılarından b

Yevsevi

  • Ana Səhifə
  • Vikipediya
  • Yevsevi

Evsebi Pamfil (təq. 265[…], Fələstin Qeysəriyyəsi, Roma imperiyası – təq. 340, Fələstin Qeysəriyyəsi, Roma imperiyası) — İlk dövr xristian ilahiyyatçılarından biri (263–340).

Evsevi Pamfil
yun. Ευσέβιος ο Καισαρείας
Doğum tarixi təq. 265(0265)[…]
Doğum yeri
  • Fələstin Qeysəriyyəsi, Roma imperiyası
Vəfat tarixi təq. 340(0340) (74–75 yaşında)
Vəfat yeri
  • Fələstin Qeysəriyyəsi, Roma imperiyası
Vətəndaşlığı Roma İmperiyası
Elm sahələri teologiya, Agioqrafiya, fəlsəfə
Tanınır Kilsə atası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məşhur xristian ilahiyyatçısı Evsebi Pamfil Fələstində, yunan ailəsində dünyaya göz açmışdır. Təhsilini Qüds və Antioxiyada almış, antik dövr fəlsəfəsinə mükəmməl yiyələnmişdir. Evsebi dövrünün məşhur alimi Pamfilin tələbəsi olmuş və bu səbəbdən də onun adını öz isminə əlavə etmişdir. İmperator Diokletianın dövründə Xristianlıq təqib olunan zaman, Qeysəriyyə şəhərində dini məktəbə rəhbərlik etmiş və məktəb kitabxanasını əldə etdiyi qiymətli əsərlərlə zənginləşdirmişdir. Evsebi imperator Konstantinlə yaxşı münasibət qurmuş, ona iki mədhnamə həsr etmişdir. Həmin dövrdə kilsədaxili münaqişələrdən kənar durmuşdur.

Xristianlıqda mühüm əhəmiyyəti olan Birinci Nikeya Məclisində dinin iman əsaslarını hazırlamaq işi ona tapşırılmışdı. Lakin alim öz layihəsində kifayət qədər prinsipallıq nümayiş etdirmədiyindən, Məclis tərəfindən başqa layihə qəbul olunmuşdur. Bu səbəbdən bəzi tənqidlərə də məruz qalmışdı. Daha sonralar Qeysəriyyədə yepiskop vəzifəsində çalışmış, orada da vəfat etmişdir.

Fəaliyyəti

Evsebi kilsə tarixinə dair əsərilə məşhurdur. Bu kitab həmin mövzuda yazılmış ilk əsər hesab edilir. Bunlardan əlavə o, dünya tarixinə, Xristianlığın əsaslarına, bidətçi düşüncələrin rəddinə, Bibliyanın bəzi hissələrinin təfsirinə aid əsərlərin də müəllifidir. Onun bütün əsərlərində Platon, Filon və Origenin təsiri duyulmaqdadır.

Evsebi "Kilsə tarixi" adlı əsəri ilə xristian tarixşünaslığının əsasını qoymuşdur. O, bildirmişdir ki, bu əsəri yazmaqda məqsədi həvarilərdən başlayaraq, öz dövrünədək kilsənin tarixini ətraflı araşdırmaqdan ibarət idi. Əsərdə yepiskopların ardıcıl fəaliyyəti, din alimlərinin həyatı, bidətçiliyin tarixi, yəhudilərin keçmişi, bütpərəstlərə münasibət və əzabkeşlərin həyatı tədqiq edilmişdir. Bu kitabın əhəmiyyətli tərəflərindən biri də artıq tamamilə itmiş əsərlərdən fraqmentləri özündə ehtiva etməsidir. Kitabda İsa Məsihdən başlayaraq Xristian dinində baş verən hadisələrin sistemli izahı verilmişdir.

Onun fikrincə, tarix Tanrının "xristian"larla (bütün inanclı insanların cəmi) qarşılıqlı münasibətindən yaranır. Bu düşüncəyə əsasən, Tanrı insanların iradəsini məhdudlaşdıraraq, hadisələri sərt qaydada idarə edən varlıq deyil, əksinə, o, xristianların himayəçisidir, həmin dinin təlimi ilə (İlahi pedaqogiya) məşğul olur. Tanrı siyasi və hərbi işlərə qarışmır, heç kimi heç nəyə məcbur etmir. İlahiyyatçının fikrincə, tarix Tanrı ilə öz taleyini müstəqil həll edən fərdlərin fəaliyyəti nəticəsində yaranır. Xristian Kilsəsinin mövcudluğundakı hikmət isə Tanrı sözünü daim qoruması, yayması və onu həmişə təhrif edən bidət hərəkətlərlə mübarizə aparmaqla bağlıdır.

Evsebinin digər məşhur əsəri "Xronika" adlanır. Burada dünya tarixi ölkələr üzrə sistemləşdirərək tərtib edilmişdir. Əsər 325-ci ilədək davam edir və iki hissədən ibarətdir, lakin tam deyil. Bəzi hissələri latın dilinə tərcümə edilərək, dövrümüzədək gəlib çatmışdır.

İlahiyyatçı-alim bütpərəstlərə və bidətçilərə qarşı yazılmış iki traktatın da müəllifidir. Bu əsərlərin Evsebi İsa Məsihin ilahi təbiətini inkar edənlər və onun mövcudluğunun Məryəmdən gəldiyini irəli sürənlərin müddəalarını tənqid etmişdir. O, həmçinin, imperator Diokletian zamanında-xristianlar təqib edildikləri dövrdə Fələstində öldürülən əzabkeşlər haqda da əsər yazmışdır.

Evsebi imperator Konstantinə mədhnamələrində imperatorların Tanrı Sözünün bir parçası kimi qavranılmasının zəruriliyini vurğulamışdır. Burada, monarxiya idarə üsulunun Tanrı idarəsinə bənzərliyi haqqında da fikir vardır. Bu əsər Bizans İmperiyasının hakim fəlsəfəsinə təsir etsə də, burada hədsiz tərifə yol verildiyi üçün bir çox alimlər tərəfindən tənqid edilmişdir. Mənbələrdə onun Pamfillə bərabər Bibliya mətnlərinin tədqiqatı ilə də məşğul olması barəsində məlumatlar mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yevsevi haqqında məlumat. Yevsevi nədir? Yevsevi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Robert Filmer

  • Fevral 28, 2026

    .kh

  • Fevral 27, 2026

    Milis

  • Fevral 26, 2026

    Kamerun bayrağı

  • Fevral 27, 2026

    Macarca

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst