Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan

Hindi müharibələri

  • Ana Səhifə
  • Vikipediya
  • Hindi müharibələri

Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622–1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Müharibənin əsas səbəbi Amerika qitəsini şərqdən işğal etməyə başlayan avropalıların sürətli şəkildə artması və bunun nəticəsində yerli əhali olan hinduların qərb istiqamətində sıxışdırılması olmuşdur. Bu müharibə nəticəsində hindu soyqırımları da baş vermişdir.

Hindu müharibələri
Tarix 1622 - 1924
Yeri Şimali Amerika, ABŞ əraziləri
Nəticəsi Amerika Birləşmiş Ştatlarının aparılan müharibədə qalib gəlməsi, Hinduların xüsusi düşərgələrə köçürülməsi
Münaqişə tərəfləri

ABŞ-də yerli amerikalılar

İngiltərə krallığı (1622-1707)
Böyük Britaniya (1707–1783)
Britaniya Amerikası
ABŞ (1783–1924)
AKŞ (1861-1865)
Texas Respublikası (1836–1846)

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    1894-cü ildəki hesablamalara əsasən ABŞ və hindular arasında 40-dan çox döyüş baş vermiş, nəticədə 30,000 hindu və 19,000 müstəmləkəçi həlak olmuşdur.

    Mündəricat

    Hindular üzərində təsirləri

    2010-cu il hesablamalarına əsasən ABŞ əhalisinin yalnız 0,9%-i ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir. Amerika qitəsinin kəşfindən əvvəl isə burada nə qədər hindunun yaşadığı barədə isə dəqiq məlumat yoxdur.

    Hinduların immun sisteminə yad olan Avropa mənşəli yoluxucu xəstəliklər, qəbilə arası müharibələr, Avropa müstəmləkəçilərinə qarşı müharibələr, Kanada və Meksikaya köç və assimilyasiyanın təbii nəticəsi olaraq ABŞ hindularının sayı XIX əsrdə bir milyonun altına düşmüşdür. Bu enişin əsas səbəbi olaraq avropalı istilaçı və tacirlərin Avropadan gətirdikləri yeni xəstəliklər olduğu bir çox alim tərəfindən söylənmişdir. Məsələn, bəzi təxminlərə görə su çiçəyi epidemiyası nəticəsində hindu əhalisində 80–90% ölüm qeydə alınmışdır.

    Müstəmləkə dövrü

    İlk mübarizə 1600-cü illərdə Britaniyadan gəlmə ingilislərlə yerli hindu qəbilələri arasında olmuşdur. Daha sonra əsrlərə yayılan müharibələr başlamışdır. Bu müharibələrin də əksər hissəsində hindular ingilislərlə döyüşmüşdür. Amerikan inqilabı dövründə isə hindular həm amerikalılara, həm də ingilislərə qarşı mübarizə aparmağa məcbur olmuşdur.

    Həmçinin bax

    • Hindu soyqırımları
    • Kanada hinduları
    • ABŞ İstiqlal müharibəsi

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hindi müharibələri haqqında məlumat. Hindi müharibələri nədir? Hindi müharibələri nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Pəncab regionu

    • Fevral 27, 2026

      Sisaklar

    • Fevral 27, 2026

      Aşxaratsuyts

    • Fevral 23, 2026

      Zülallar

    • Fevral 27, 2026

      İaso

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst