Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurban Həsən oğlu Əliyev (22 iyun 1921, Çita – 30 mart 2008, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1971–1987), Az

Qurban Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Qurban Əliyev

Qurban Həsən oğlu Əliyev (22 iyun 1921, Çita – 30 mart 2008, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1971–1987), Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi (1961–1971), Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor.

Qurban Əliyev
Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri
28 iyun 1971 – 7 iyul 1987
ƏvvəlkiDanil Quliyev
SonrakıAğalar Abbasbəyli
Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi
1961 – 1971
SonrakıFazil Muradəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1921(1921-06-22)
Doğum yeri
  • Çita, Zabaykal vilayəti[d], Uzaq Şərq Respublikası[d]
Vəfat tarixi 30 mart 2008(2008-03-30) (86 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1956–1991)
Fəaliyyəti siyasətçi
Təltifləri Azərbaycan SSR əməkdar həkimi — 1966

Həyatı

Qurban Həsən oğlu Əliyev 1921-ci il iyun ayının 22-də Rusiya Federasiyasının Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. 1932-ci ildə Əliyevlər ailəsi Bakıya köçdükdən sonra o, 1941-ci ildə 6 nömrəli məktəbi bitirmişdir. Qurban Əliyev həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1946-cı ilədək müalicə və profilaktika fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1946-cı ildə Xızı rayonunda kənd xəstəxanasında həkim kimi başlayan Qurban Əliyev 1948–1961-ci illərdə Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Respublika Komitəsində şöbə müdiri, məsul katib və sədr vəzifələrində işləmişdir. 1961–1971-ci illərdə Bakı şəhərində keçmiş 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi, 1971–1987-ci illərdə isə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri vəzifələrində çalışmışdır.

O, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Uzun illər boyu səmərəli elmi və pedaqoji fəaliyyətlə məşğul olan Qurban Əliyev 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1949-cu ildən etibarən davamlı olaraq respublikada tibb mütəxəssislərinin hazırlanması sahəsində çalışaraq, ömrünün son illərinədək Azərbaycan Dövlət Tibb Universitetində laborant, assistent, dosent və professor vəzifələrini tutmuşdur.

Qurban Əliyev kurortologiya və tibb xidmətinin təşkilinə dair bir neçə monoqrafiyanın, elmi məqalə və metodik vəsaitlərin müəllifidir.

O, 1966-cı ildə respublikanın əməkdar həkimi adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur. Qurban Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Qurban Həsən oğlu Əliyev 2008-ci il martın 30-da ömrünün 87-ci ilində vəfat etmişdir.

Ədəbiyyat

  • İrəvan xanlığı… gerçəkliyin aydınlığı. Bakı: Mütərcim, 2016. 656 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurban Əliyev haqqında məlumat. Qurban Əliyev nədir? Qurban Əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xudafərin SES

  • Fevral 27, 2026

    Su keçiləri

  • Mart 01, 2026

    Rhaponticum carthamoides

  • Fevral 27, 2026

    Esxin

  • Fevral 27, 2026

    Boro (Nyu-York)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst