Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi.

Müzəffər Nərimanov

  • Ana Səhifə
  • Vikipediya
  • Müzəffər Nərimanov

Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi.

Müzəffər Nərimanov
Müzəffər Əliəkbər oğlu Nərimanov
AK (b) P MK Təşkilat Şöbəsinin müdiri
Azərbaycan SSR Xalq FKM Komissarını müavini
ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi
AK (b) P MK katibi
AK (b) P MK Kütləvi Təşkilat Şöbəsinin müdiri
Orconikidze Rayon Komitəsinin katibi
Nuxa qəza və Zaqatala Mahal Fövqəladə Komissarının müavini
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyul 1897
Doğum yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 aprel 1938 (40 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Partiya
  • Hümmət Partiyası,
  • Azərbaycan Kommunist Partiyası
Təhsili
  • Bakı real məktəbi
Fəaliyyəti siyasətçi
Atası Nərimanov Əliəkbər Ələsgər oğlu
Anası Sitarə Bəyim Mir İbrahim qızı
Həyat yoldaşı Marina Alekseyevna Nərimanova
Uşağı Cəmilə (1925)
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə  Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə  G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır.

ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK,  ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Müzəffər Əliəkbər oğlu Nərimanov 1937-ci ildə sentyabrın 3-də Mir Cəfər Bağırov tərəfindən həbs edilmişdir. Saxtalaşdırılmış materiallar əsasında onun barəsində irəli sürülən ittihama görə Nərimanov Azərbaycanda fəaliyyətdə olan əksinqilabi təxribatcı və ziyanverici trotskiçi-terrorçu təşkilatın rəhbərlərindən biri kimi alman və türk kəşfiyyatı ilə xəyanətkar əlaqəyə girərək onların tapşırığı ilə Azərbaycanın xalq təsərrüfatına ziyan verən diversiya işlərini həyata keçirmişdir.

İstintaq zamanı M.Nərimanov 200 nəfər haqqında ondan tələb olunan ifadəni vermişdir.

Azərbaycan SSR PNIX-nın 1937-ci il 13 oktyabr tarixli qərarına müvafiq olaraq, o, SSRİ PNIX-nın sərəncamına göndərilmişdir.

Müzəffər Nərimanovun son fotosu

RSFRSR  CM-nin 58-1 “a”, 58-2, 58-7, 58-8 və 58-11 maddələri ilə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Müzəffər Nərimanov ən yüksək cinayət cəzasına-  bütün əmlakı müsadirə edilməklə - güllələnməyə məhkum edilmişdir. 1938-ci il aprelin 21-də Müzəffər Nərimanov Moskvada güllələnmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müzəffər Nərimanov haqqında məlumat. Müzəffər Nərimanov nədir? Müzəffər Nərimanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Quraq iqlim

  • Fevral 23, 2026

    11 yanvar

  • Mart 01, 2026

    Kadastr

  • Fevral 27, 2026

    Tombolo (relyef)

  • Fevral 27, 2026

    Vilhelm Kinsl

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst