Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vilhelm Kinsl (alm. Wilhelm Kienzl‎; 17 yanvar 1857[…], Vaysenkirxen[d], Yuxarı Avstriya[d] – 3 oktyabr 1941, Vyana) — Avstriya bəstəkarı, dirijoru və musiqişün

Vilhelm Kinsl

  • Ana Səhifə
  • Vikipediya
  • Vilhelm Kinsl

Vilhelm Kinsl (alm. Wilhelm Kienzl‎; 17 yanvar 1857[…], Vaysenkirxen[d], Yuxarı Avstriya[d] – 3 oktyabr 1941, Vyana) — Avstriya bəstəkarı, dirijoru və musiqişünası.

Vilhelm Kinsl
alm. Wilhelm Kienzl‎
Ümumi məlumatlar
Doğum tarixi 17 yanvar 1857(1857-01-17)[…]
Doğum yeri
  • Vaysenkirxen[d], Qriskirxen dairəsi[d], Yuxarı Avstriya[d], Avstriya
Vəfat tarixi 3 oktyabr 1941(1941-10-03) (84 yaşında)
Vəfat yeri
  • Vyana, Üçüncü Reyx
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqişünas, pianoçu, bioqraf
Janr opera
Musiqi aləti piano
Təhsili
  • Vyana Universiteti,
  • Leypsiq Musiqi və Teatr Universiteti[d],
  • Praqa konservatoriyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vilhelm Kinsl 17 yanvar 1857-ci ildə Vaysenkirxen şəhərində anadan olmuş, ancaq ailəsi 1860-cı ildə Qrats şəhərinə köçmüşdür. Burada o, İohann Buvanın məktəbində pianino ifa etməyi öyrənməyə çalışmış, ancaq müvəffəqiyyət tapa bilməyən Kinsl İqnas Ulyanın müəllimliyi ilə skripka ifa etməyi öyrənmişdir. Bundan sonra o, 1872-ci ildən Anri Lui Stanislas Morye-de-Fontenin müəllimliyi ilə pianino ifa etməyi, 1874-cü ildən isə Vilhelm Mayerin müəllimliyi ilə bəstəkarlığı, Eduard Hanslikin müəllimliyi ilə musiqi estetikalarını və son olaraq, Fridrix fon Hauseggerin müəllimliyi ilə musiqi tarixini öyrənmişdir. Kinsl daha sonra Praqa Universitetinin Konseratoriyasında Yozef Kreysinin rəhbərliyi altında təhsil almışdır. 1877-ci ildə o, Leypsiq Konservatoriyasında Ferens Listin müəllimliyi ilə təhsil almışdır. musiqi akademiyalarında təhsil alan Kinsl Vyana Universitetində musiqişünaslıq üzrə öz tezisini müdafiə etmişdir.

Kinsl Praqa şəhərində ikən Kreysi onu Festşpilhausa Rixard Vaqnerin «Nibelunq üzüyü» əsərini dinləməyə aparmışdır. Bu, Kinsl üçün əhəmiyyətli bir ilham mənbəyinə çevrilmişdir. O, bu əsəri o qədər sevmişdir ki, Hausegger və Fridrix Hofmann ilə birlikdə "Qraz Riçard Vaqner Assosiasiya"nı təsis etmişdir.

1879-ci ildə Kinsl pianist və dirijor kimi Avropa üzrə qastrol səfərinə çıxmışdır. 1883-cü ildə o, "Alman Operası"nın direktoru olmuşdur, ancaq 1886-cı ildə Qrats şəhərinə geri qayıtmış və Ştriya Musiqi Klubu və Konservatoriya üzrə Vəzifələrə rəhbərlik etmişdir.

1894-cü lldə Kinsl üçüncü və ən məşhur opera əsərini bəstələmişdir. Bu, «Evangelist» (alm. Der Evangelimann‎) idi, ancaq bu əsər Kinslın 1897-ci ildə bəstələdiyi «Don Kixot» (alm. Don Quixote‎) əsərinin uğuru ilə rəqabət apara bilməmişdi. Bu cür şöhrətə yalnız Kinslın 1911-ci ildə bəstələdiyi «İnək adam» (Der Kuhreigen) əsəri çata bilmişdi ki, bu da qısa müddətli idi. 1917-ci ildə o, Vyana şəhərinə köçmüşdür. 1919-cu ildə onun birinci həyat yoldaşı Lili Hok vəfat etmişdir. Kinsl 1921-ci ildə Henni Bauer ilə evlənmişdir.

Birinci Dünya müharibəsindən sonra o, Karl Renner tərəfindən yazılan "Alman Avstriyası, sənin heyrətamiz ölkən" (alm. Deutschösterreich, du herrliches Land‎) poeması üçün melodiya bəstələmişdir. Bu, 1929-cu ilə qədər Avstriya Respublikasının qeyri-rəsmi dövlət himninə çevrilmişdir. Kinsl 1926-cı ildən sonra böyükhəcmli əsərlər yazmaqdan imtina etmiş, 1936-cı ildə isə səhhəti ilə bağlı yaşadığı problemlərə görə bəstəkarlığı birdəfəlik tərk etmişdir.

Siyasi görüşləri

1933-cü ildə Kinsl Adolf Hitlerin hakimiyyətini dəstəklədiyini açıqlamışdır. O, böyük bir nasist tərəfdarı idi. Kinsl Adolf Hitleri "dünya xalqlarını idarə etməyə layiq" olan "vüqarlı" və "əzəmətli" bir fiqur olaraq təsvir etmişdir.

Ölümü və irsi

Kinsl 3 oktyabr 1941-ci ildə, 84 yaşında ikən Vyana şəhərində vəfat etmişdir. Onun meyiti Vyana Mərkəzi Qəbiristanlığında dəfn edilmişdir. Nasist hakimiyyət dövründə onun irsi qorunub-saxlanılmışdı, ancaq Avstriyada demokratik hakimiyyətin təsis edilməsindən sonra bunun əksə gerçəkləşmişdir. Buna baxmayaraq, 2007-ci ildə Avstriyada buraxılan bir poçt markası Kinsla həsr olunmuşdur. Onun Vyana şəhərindəki evində xatirə lövhəsi var idi.

Əsərləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vilhelm Kinsl haqqında məlumat. Vilhelm Kinsl nədir? Vilhelm Kinsl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amerika tarixi

  • Fevral 27, 2026

    Elektron buludu

  • Fevral 21, 2026

    Kelvin

  • Fevral 23, 2026

    Əhli-Sünnət

  • Fevral 27, 2026

    Averroes

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst