Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xa

Alban

  • Ana Səhifə
  • Vikipediya
  • Alban
Bu məqalə Avropada yaşayan xalq haqqındadır. Azərbaycanda yaşamış tarixi tayfa üçün Qafqaz albanları səhifəsinə baxın.

Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir.

Albanlar
alb. Shqiptarët
Yaşadığı ərazilər
Albaniya Albaniya 2 312 356 (2011)
Kosovo Kosovo 1 616 869 (2011)
Şimali Makedoniya Şimali Makedoniya 509 083 (2002)
Ukrayna Ukrayna 3 308 (2001)
Dili

Alban dili

Dini

islam (sünni və bəktaşi), xristianlıq (katolik və paroslav) və dinsizlik

Mündəricat

Tarixi

Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir. Alban etnosunun tərkibində bir neçə etnik qrup vardır — gegeriyalılar və tosklar.

Adı

"Alban" sözünün dəqiq mənası məlum deyil. Bəzi etimoloqlar bu sözü hind-Avropa mənşəli "alb" — dağ və ya latın mənşəli "albus" — ağ (rəng) sözləri ilə əlaqələndirirlər. Xalqın müasir dövrdəki etnonimi olan "shqip" (şkip) — aydın danışan mənasını verir. Yunanıstanda yunan dilindəki αλβανος (albanos), αρβανιτης (arbanitos) — sərt, vəhşi mənalarını daşıyan sözlərə uyğun etimologiya da mövcuddur. Həmçinin, ölkənin və xalqın adının illiriya dilindəki "olba" (məskən, yaşayış yeri) sözündən yaranması versiyası da mövcuddur.

Albanların sıx yaşadığı Balkan dövlətlərində onlar əsasən şkiptar, Türkiyədə arnavut, Yunanıstanda arvanit, İtaliyada isə arbereş adlandırılırlar.

Dünyada sayları

Avropada 6 milyondan çox alban yaşayır. Albanların Avropada yaşadığı ölkələr Albaniya, Kosovo, Monteneqro, Makedoniya Respublikası, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya, İtaliya, Rumıniya, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Fransa və Niderlanddır.

Türkiyədə albanların sayı barədə qəti məlumat yoxdur, bəzi mənbələr bu göstəricinin 1 milyondan artıq olduğunu ifadə edir. Ethnologue veb-saytı, 1965-ci il siyahıya almasına görə Türkiyədəki Albanların sayını 65 000 nəfər göstərir. Türkiyədəki albanların çox hissəsi 1920-ci illərdə Türkiyə-Yunanıstan əhali dəyişməsi zamanı Cənubi Epirdən və Egey Makedoniyasından çıxarılan tosklardan, müəyyən hissəsi isə İkinci dünya müharibəsindən sonra Yuqoslaviyadan qaçan türklərlə birlikdə köçən gegeriyalılardan ibarətdir.

Bundan əlavə Misirdə Osmanlı dövründən qalma albanlar vardır.

Həmçinin bax

  • Kosovo albanları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alban haqqında məlumat. Alban nədir? Alban nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bayram

  • Fevral 27, 2026

    Harold Pinter

  • Fevral 27, 2026

    Elba (çay)

  • Fevral 27, 2026

    Timur Bekmambetov

  • Fevral 27, 2026

    Bənövşəyi alpiniya

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst